Yeməkləri bu qayda ilə bişirmək həzmi asanlaşdırır, toksinləri yox edir

24 Mayıs 2019
813
0
Yeməkləri bu qayda ilə bişirmək həzmi asanlaşdırır, toksinləri yox edir
Yeməkləri sobada, buxarda bişirmək daha faydalı hesab olunur. Mütəxəssislər buxarda bişirilən qidaları sağlamlıq baxımından əvəzolunmaz sayırlar. Hesab olunur ki, buxarda bişirilən qidalar sayəsində orqanizmdə tez bir zamanda müsbətə doğru dəyişikliklərin olduğunu müşahidə etmək olur.

Feat.Az
e-tibb.az-a istinadən bildirir ki, buxarda bişən qidalar metabolizmi sürətləndirir, onların həzmi daha asan sayılır. Həzm sistemi bu qidaları daha yaxşı qəbul edir.

Digər metodlarla bişirilən yeməklərdən fərqli olaraq, buxarda bişən qidaları yeyəndən sonra ağırlıq hissi olmur. Tərəvəzləri buxarda bişirəndə yağ vurmaq lazım deyil. Bununla daha az kalori almış oluruq. Buxarda bişirmək qidaların keyfiyyətini və tərkibində olan vitaminləri qoruyur.

Onlar su ilə birbaşa təmasda olmadıqları üçün daxillərində olan bütün özəlliklərini saxlayırlar. Bu həm də immun sisteminin güclənməsində rol oynayır.

Buxarda bişirmə metodu orqanizmdə toplanan toksinləri yox edir, qanı təmizləyir.

Bunun sayəsində daha çox lifli qida qəbul etmiş oluruq.

Bunlardan başqa, bu metod daha az xərc tələb edir. Həmin qidalara su və duzdan savayı nəsə lazım olmur. Eyni zamanda tez bir zamanda ərsəyə gəlir deyə enerjiyə də qənaət olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.