Gündə 3 fincan qəhvənin FAYDASI AÇIQLANDI

09 Temmuz 2019
788
0
Gündə 3 fincan qəhvənin FAYDASI AÇIQLANDI
Alimlər 200-dən çox tədqiqat, 17 kliniki təcrübəni analizdən keçiriblər.

Feat.Az
bildirir ki, bununla alimlər gün ərzində 3 fincan qəhvə içməyin faydalarını üzə çıxarıblar. Məlum olub ki, gün ərzində 3 və ya 4 fincan qəhvə içmək insan orqanizminə faydalıdır. Amma hamilə qadınlar və osteoporoz riski olanlara qəhvə içmək olmaz.

Araşdırmaya görə, gün ərzində 3 fincan qəhvə içən şəxslərdə diabet inkişafı, qara ciyər xəstəliyi, ürək-damar sistemi problemləri və bəzi onkoloji xəstəliklərə yoluxma riski qəhvəni çox içənlər və heç içməyənlərə nisbətən daha az olur.

Qeyd edək ki, bir müddət əvvəl aparılan təcrübə sübut edib ki, qəhvə yaşlı insanlar üçün də faydalıdır.
Mənbə:olke.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.