Bu ağrı sizi ölümə apara bilər

21 Ağustos 2014
2 431
0
Bu ağrı sizi ölümə apara bilər
Bu ağrı sizi ölümə apara bilər


İshal (qarın ağrısı) kəskin və xroniki ola bilər. Bu problemlə həyatı boyu rastlaşmamış insan tapmaq çətindir. Daha çox qidalanma ilə bağlı olan bu ishal, demək olar ki, hər orqanizmdə fərqli şəkildə müşahidə edilir. İnsan var ki, azca yağlı xörək yeyən kimi ishala düçar olur. Əksinə, qəbizlikdən (qarın bərkliyi) əziyyət çəkənlər var ki, yağı stəkanla başına çəksə belə, heç təsiri olmur.

İshalın müxtəlif səbəbləri ola bilər. Mikrob infeksiyası, bağırsaq xəstəlikləri, qida rejiminin pozulması, hansısa qida və ya içkiyə həssaslıq (allergiya), zəhərlənmə bu qəbildəndir.

Yüksək temperatur yoxdursa, bağırsaqdan qan gəlmirsə, ağrılar kəskin deyilsə, belə ishal tədricən öz-özünə aradan qalxır. Ağrılar kəskinsə həkimin təyin etdiyi dərman peraparatlarından istifadə etmək lazımdır. Qızdırma və qan isə ciddi müayinə tələb edir.

İshal nəticəsində orqanizmin suyu çəkilir, ağız quruyur, gözlər çökəyə düşür. Zəiflik, sidiyə çətin gedilməsi, başgicəllənmə ishalın digər əlamətlərindəndir.

İshala qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bu dərmanlar el arasında o qədər məşhurdur ki, insanlar özləri aptekə müraciət edib həmin dərmanları əldə edirlər.

"Tetracycline", "Diphenoxylate" bu qəbil dərmanlardandır. Hazırda daha çox ishala qarşı ORS tozundan istifadə edilir. Bu toz suda həll edilir. ORS tozunu əvəz edəcək məhlulu evdə də hazırlamaq olar. 2 mürəbbə qaşığı şəkər tozu, 1 çay qaşığı duz, yarım çay qaşığı xörək sodası, 4 stəkan qaynanmış su və ya meyvə şirəsi yaxşıca qarışdırılır. Məhluldan fasilələrlə qurtum-qurtum içilir.

İşləmə-qusma adətən öz-özünə aradan qalxır. Amma bu arada lazımi qədər maye qəbul etmək zəruridir. Xam meyvə-tərəvəz ishalı gücləndirir.

İshalın aradan qalxmasına kömək edən 10 qida:

1. Dəmlənmiş yonca – amma bu dəm köp yaratdığından ondan çox istifadə etmək olmaz;
2. Yeddibənd (yun: Polys) bitkisi qanlı ishala qarşı faydalıdır;
3. Banan ishala, bağırsa yaralarına müsbət təsir edir;
4. Reyhan çayı isahala, köpə, mədə yarasına faydalıdır;
5. Keşniş həm ishal, həm qəbizliyə xeyirlidir;
6. Xurma ishal və bağırsaq pozulmasına faydalıdır;
7. Antibiotiklər ishal yaradır. Ona görə də antibiotiklərlə yanaşı qatıqdan istifadə etmək məsləhət görülür;
8. Ənbə (Mangifera) gülü ishalı aradan qaldırır;
9. Xam əzgil ishalı aradan qaldırır;
10. Almanı rəndələyib yemək ishalı aradan qaldırır.

Adətən ishalın səbəbi infeksiya olur. İnfeksiya zamanı antibiotiklər təsirsizdir. ORS toz bu halda daha faydalı sayılır. İshalın səbəbi bağırsaq olmaya bilər. Mədə fermentlərinin (anzim) çatışmazlığı ishala səbəb olur. Bəziləri süd içəndə qarnı ağrıyır. Bunun səbəbi laktaza çatışmazlığıdır.

Nə vaxt həkimə müraciət edilməlidir?



1. Susuzluq, ağız quruluğu varsa;
2. 48 saat ərzində vəziyyət dəyişmirsə;
3. Ətrafınızdakı insanlarda da ishal varsa;
4. Bədən hərarətiniz 38,5 dərəcəyə çatıbsa;
5. Əgər uşağınız da ishal olubsa;
6. Yaşınız 50-ni ötübsə və ishal şiddətli ağrı verirsə;
7. Steroiddən istifadə etmisinizsə...

İstənilən bir halda ishala ciddi yanaşmaq lazımdır. Çünki bəzən ölümə səbəb dizenteriya ishalla başlayaır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.