Rənglər və mənaları

03 Aralık 2019
331
0
Rənglər və mənaları
Qırmızı rəng.
Canlılıq və dinamiklik yaradır, xoşbəxtliyi təmsil edir. Sevginin, odun, alovun, əzmin rəngidir. İştah açdığına görə bütün qida firmaları reklamlarında qırmızı rəngə üstünlük verirlər.

Yaşıl rəng.

Duyğusal rəng hesab edilir. Yaşıl arzu, murad, istək rəngi hesab edilir. Güvənverici bir rəngdir. Bu səbəbdən bank reklamlarında yaşıl rəngə üstünlük verilir.

Qara rəng.

Feat.Az bildirir ki, Qara rəng duyğu və hüzn rəngi hesab edilir. Gücü təmsil edir. Bizlərdə qara rəng matəm rəngi hesab edilir, amma Yaponiyada qara rəng xoşbəxtlik rəngi hesab edilir. Bir çox ölkələrdə qara rəng rənglərin şahı sayılır.

Mavi rəng.

Göy üzünün, üfüqün və dənizin rəngi olduğuna görə mavi rəng uzaqgörənliyin və sərhədsizliyin simvolu hesab edilir. Ərəblərin inanclarına görə mavi rəng əsəb sakitləşdirir və qan təzyiqini aşağı salır. Buna görə də ərəblər gözmuncuğunu mavi rəngdə düzəldirlər. Hətta divarlarının rəngi mavi olan məktəblərdə şagirdlərin az dəcəllik etdikləri öz təsdiqini tapmışdır.

Lacivərd rəng.

Kosmik rəng olaraq qəbul edilir, sonsuzluğun, səxavətliliyin, xarizmanın, inandırıcılığın təmsilidir.

Çəhrayı rəng.

Sevincin, xoşbəxtliyin və sevginin rəmzi hesab olunur. İnsana rahatlıq verən bir rəngdir. Çəhrayı rəng məsum uşağın simvolu sayılır.

Ağ rəng.
Təmizliyi və saflığın simvolu sayılır. Siyasətçilərin ağ köynək geyinmələrinin səbəbi dürüst və təmiz adam olduqlarını ətrafdakılara nümayış etdirmək istəməsidir.

Qəhvəyi rəng.

Doğruluğun, planlı işgüzarlığın və sistemli işləməyin simvolu sayılır. Fonda ağ rəng olduqda insanları sərgiyə yavaş-yavaş gəzərək baxdıqları təsdiqlənmişdir. Amma fonun qəhvəyi rəngdə olduğu zaman insanların muzeylərdə daha çox vaxt keçirdikləri öz sübutunu tapmışdır.

Sarı rəng.

Sarı rəng gözləri ən çox yoran rəng hesab edilir. Onun gözlərə yorucu təsir göstərdiyi təsdiqlənmişdir. Evin divarını, kompyuterin fon rəngini sarı rəngdə etmək məsləhət görülmür. Çünki bu rəng gözləri yorur, beyni qıcıqlandırır.
Əvvəlki Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Dil xərçəngi - Səbəbləri, müalicəsi
12:00
0

Dil xərçəngi - Səbəbləri, müalicəsi

Qığılcım Yazılı Şəkillər 2020 (106)
11:00
64

Qığılcım Yazılı Şəkillər 2020 (106)

Peçenye adamlar resepti
10:00
44

Peçenye adamlar resepti

Tarixdə Bu Gün - 13 Dekabr
09:00
28

Tarixdə Bu Gün - 13 Dekabr

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (70)
21:00
752

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (70)

13.12.2019 Gündəlik Bürclər (13 Dekabr 2019)
20:00
3 663

13.12.2019 Gündəlik Bürclər (13 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (347)
19:00
755

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (347)

2020 Yeni il Şəkilləri (12)
18:30
419

2020 Yeni il Şəkilləri (12)

Sevginiz qarşılıqlıdır? - Test et
18:00
378

Sevginiz qarşılıqlıdır? - Test et

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ