Qarşılıqlı Salam və hörmət

17 Kasım 2014
5 075
0
Qarşılıqlı Salam və hörmət
Qarşılıqlı Salam və hörmət
Möminlər gün ərzində qarşılaşarkən bir-birinə ən gözəl istək və arzularını deyirlər, başqa sözlə desək, salam verirlər.. ALLAHın "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın!..." (Nisa surəsi, 86) ayəsindəki əmrini bu şəkildə yerinə yetirirlər. Başqa bir ayədə isə ALLAH möminlərə evlərə girərkən salam vermələrini nəsihət edir:

"...Evlərə daxil olduğunuz zaman özünüzü ALLAH dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. ALLAH ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!" (Nur surəsi, 61)

Mömin evindən çıxarkən qarşılaşdığı qonşularına gülərüzlə xeyirli bir gün, ALLAHdan bir rəhmət və sağlamlıq diləyir. Küçədə rastlaşdığı adamlarla, iş yerlərindəki dostları ilə və digər insanlarla da eyni şəkildə salamlaşır. Ona salam verən insan hər kim olursa-olsun, salamı alır və ona daha gözəl bir şəkildə cavab verir. Möminin bu davranışı Quran əxlaqının sosial münasibətlərə gətirdiyi gözəlliklərdən biridir.. Bir-birini tanımayan insanlar arasındakı soyuq və cansıxıcı mühit salamla aradan qaldırılır. İnsanlar bir-birinə yaxınlaşır, bir-birini tanımasalar belə onların arasında isti bir atmosfer yaranır..
Cahil cəmiyyətində isə salamlaşma ümumiyyətlə "adətə görə" edilir. Bəzi insanlar yalnız mənfəət güdən münasibətdə olduqları və ya mənfəət umduqları kimsələrə salam verirlər. Bəzən özlərindən daha kiçik gördükləri adamları alçaltmaq məqsədilə onların hətta salamını da almır və ya özlərini eşitməməzliyə vururlar. Ən önəmli cəhət isə belə pis davranışların cahillərin əxlaq modelində adi qarşılanmasıdır..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.