S A L A M..

30 Eylül 2014
3 043
0
S A L A M..
S A L A M..

Salam, İslam, müsəlman, təslim...
Hər birinin kökü eynidir. Salam deyəndə ilk əvvəl ağlımıza müsəlman olan biri gəlir. Çünki yalnız müsəlman olan, təslimiyatı yaşayanlar SALAM daşıyıcısıdılar. Salam Allahın Əsmasından bir ismdir.
Salam duadır. Salam İslamdır. Salam hər təhlükədən salamatlığa çıxarandır.

"Ey iman gətirənlər, tamamilə salama gəlin, şeytanın yolu ilə getməyin. O sizin açıq düşməninizdir" [Bəqərə 208] Allah bizlərə bu ayəsi ilə nə demək istəyir? Salamı yaşaya bilməyən Allahın yolunda ola bilməz. Allahın yolunda olmayan Şeytanın yolundadır. Şeytan isə Allahı anmaz və salama – sülhə gəlməz. Çünki o yalnız vəsvəsə verə və iğtişaş törədə bilir. Salam isə sülhdür.

Tamamilə salama gəlin, yəni içinizdə kin-küdurət saxlamadan Allahı anın. Salam verin, sizə verilən salamları da layiqiylə alın. "Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eyniylə sahibinə qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır" [Nisə 86] bizə belə söyləyir Allah. Nədən Allah salama qarşı bu qədər diqqətlidir? Heç düşündünüzmü?
Salam! Nə var bu sözdə? Salam verə bilən və onu layiqiylə alanlar kimlərdir?
"Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər." [Furqan 63]

"Salam verdim, rüşvət deyil deyə almadılar" deyir dahi Fizuli.
Fizuli qarşısındakını İNSAN bilib, ona salam verib, onu da Allahı anmağa, onun adını zikr etməyə çağırıb. Qarşısındakı isə Salama maddiyat kimi baxıb, onu anlamayıb, pul-para olmadığı üçün almayıb. Ona edilən duanı anlamayıb. Salamın Allahın adı olduğunu unudub. Salamı unudubsa, deməli əslində Allahı unudub.
"…Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız." [Nur, 61] Düşündünüzmü, salamı yaşadınızmı, salama layiq ola bildinizmi? Elə isə salama tələsin. Allaha tərəf qaçın ki, o da sizi ansın.
"Siz Allahı anın, O da sizi daha gözəl məkanında anacaq"
"Qəlblər ancaq Allahı zikir etməklə mütamail olurlar. Ən gözəl adlar Allahındır, Ona bu adlarla dua edin!"


Mən sizi salama – sülhə, təslimiyyata çağırıram.
Sizə Salam olsun. Çünki Cənnətdə Allah ən çox sevdiklərinə, Firdovs Cənnətində yerləşdirdiklərinə salam verəcək. Bizi Cənnətdə qarşılayan Allahın bizlərə ilk sözü Salam olacaq. "İman gətirib yaxşı işlər görənlər altında çaylar axan Cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir – birinə gözaydınlıq verməsi "Salam olacaq" [İbrahim, 23]

FEAT.AZ-lılara Salam olsun!
Millətimizə Salam olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.