"Əs-Salamu-Aleykum"

23 Kasım 2014
3 784
0
"Əs-Salamu-Aleykum"
"Əs-Salamu-Aleykum"
Salam Allahın adıdır və əmin amalıq, sülh salamatlıq kimi mənalara gəlir. Salam vermək əslində dua etməkdir” Allah səni əmin-amanlıq içində saxlasın, xətadan bəladan qorusun, şərdən,pis əməldən uzaq tutsun. Peyğəmbərlərimiz (s.ə.s) buyurur ki,salam verib salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də təkcə salam verib salam almaq yox, salam verib salam almağı təbliğ etmək lazımdır. Salam verməyin ən qısa şəkli belədir:
“Əs-Salamu-Aleykum”, yəni siə salam olsun. Salam almağın isə ən qısa şəkli belədir. “Va “Alykum salam” yəni sizə də salam olsun. “Əs-Salamu-Aleykum” deyənə eyni cavab qaytarmaqdansa “Va “Aleykum salam” demək daha doğrudur.
Bəzən birisi “Əs Səlamu Aleykum və Rəhmətullah” deyir.yəni Allahın Salamı və rəhməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salama ya eyni dərəcədə, ya da daha çox söz və ya daha çox dua ilə cavab vermək lazımdır, yəni bu cür salam verən birisinə ya “Va Aleykum Salam və Rəhmətullah” kimi, ya da “Va Aleykum salam və Rəhmətulllah və Bərəkətuh” kimi cavab verilməlidir.
Salam vermək Peyğəmbərin bizə buyuruğudur. Əgər ciddi bir səbəb varsa onda salam verməmək günah deyil, əgər ciddi bir səbəb yoxdursa onda salam almamaq günahdır. Çünki salam almamaq,həm salamın sahibinə, həm də Allaha qarşı hörmətsizlikdir. Əgər birisi otağa daxil olub oradakı hər kəsə “əs-salamu aleykum” deyərsə, içəridəkilərdən birinin o salamı alması kifayətdir. Təbii ki əgər istəsə hər kəs cvaba verə bilər.
Ədəbə görə müsəlmanlar görüşəndə də,ayrılanda da salamlaşmalıdır. Görüşərkən salamdan öncə heç bir şey deyilmməlidir. Əvvəlcə salam verilib alınmalı, sonra məsələyə keçilməlidir. Görüşüb salamlaşarkən əl sıxmaq da Peyğəmbərimizin buyurduğu xoş əməllərdəndir.
Salamda hər şey gözəldir.
Bir yerdə qarşılaşarkən adətən kiçiyin böyüyə salam verməsini gözləyirik, əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyüyn birinci salam verməsi təvazökarlıqdır.kim birinci salam versə o daha cox qazanar.
İslam əxlaqında dillə salam vermək mümkün olduğu halda əllə salam vermək, əl işarəsiilə başqa sözlə salam vermək doğru hesab olunmur. Ancaq salama verdiyin adam səndən uzaqdadırsa və verdiyin salamın eşitməyəcəyindən əminsənsə dillə salam verməkə yanaşı əllə, əl işarəsi ilə də salam vermək olar.
Salam verin salam alın,salamı həyatınızın ayrılmaz parçasına çevirin ki, onun xeyir bərəkətini, mərhəmətini görün..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.