Kasıbın Eşqi♥♥♥

20 Kasım 2014
1 856
0
Kasıbın Eşqi♥♥♥
Kasıbın Eşqi♥♥♥
Sən varlı ailənin gözəl bir qızı.
Bir evin gözünün ağı,qarası.
Mən kasıb ailədə doğulan yetim.
Fəhlə bir Atanın Fəhlə balası.

Əllərim odunla,kömürlə,daşla.
Doğulan günümdən dərdə yaram mən.
Yanına gəlmirəm məni bağışla.
Qorxuram yanına yaraşmaram mən.


Sevgi pula qonmaz, paraya qonmaz.
Sevgi ürəy istər sevməyə. ancaq.
Sən demə sevgidə parasız olmaz.
Kasıbın sevgisi ucuz oyuncağ.

Hətta kasıb deyə sevməsən məni,
Qoy bizi məhəbbət pula Satmasın.
Qorxuram görüşə çağıram səni,
Bir dəstə çiçəyə pulum çatmasın.


Bir gün üzləşərik səninlə yenə.
Bu dərtlə özümü asıb. Ölməsəm.
Bəlkədə nə vaxtsa qovuşdum sənə.
Bir gün varlı olsam. Kasıb ölməsəm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.