╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮

06 Aralık 2014
2 042
0

Saat : 09:06
Bu sabah Hava Çiskinli və nəmli idi. Sanki bu Şəhər göz yaşı tökürdü. İnasanların günahlarını daşımaqdan bu şəhər çox çirkinləşib..
Mənim Pəncərərəmin mənzərəsiz niyə Rəssamların çəkdikləri tablolardakı Mənzərə ilə eyni deyil?!
Günəş,Bulud,Göydə üçan quşlar,agaclar,yaşıl və içi balıqlarla dolu olan göl?! `O huzur dolu Tablo Niyə Mənim Pəncərəmdən görünmür?! məgər onlar başga pəncərədən baxıb çəkmiyiblər?!..
Mənim Tablom 180% dərəcə fərqlidir. Günəş Çirkli zavod tüstüsünün arxasında gizlənib. quşlar yuvalarında. ağacları kəsib bina tikirlər. çayı qurudub hovuz tikillər. Balıqlarsa zavodlara göndərilib konserva və alkaşların ləziz zakuskası. Bəlkədə mən düzgün baxmıram. bəlkədə bu gün bu şəhər ağlamır. Bəlkə o yas tutur. Bu gün baş verə biləcək intiharlara,qəzalara. Ola bilsin Tanrı qəzablanıb. Onun üçün bu gün pəncərəmin mənzərəsi belə çirkin bir tablo yansıdır gözümə.Bəlkədə problem gözlərimdədir. Elədirsə əbədi qaranlıqı tərc edirəm.

╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮
╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮
Saat : 22:02
-evdə artıq dayana bilmədim, ruhum evdə üşüyürdü sanki damarımda axan qan donmaqa başlamışdır.

-Dayanmadan sabahdan yagan yağışdan əsər əlamət qalmıyıb. Heç deməssən ki bu gün bu şəhər kimlərinsə göz yaşını tokməkdən həlak olub. küçələrdə bir damcı belə qalmıyıb. Bütün bu göz yaşları insanların günahlarını yuyub topraqa gömürdü..

Qaranlıq küçələrdə gəzirəm. Və həmşəki kimi intihar planları qururam beynimdə. Bu həyat yaşanmazdır mənim üçün. 14-cü əsrdə dünyaya gəlsəidim bəlkədə onda yaşanardı,bu həyat.Amma bu əsirdə mənim üçün yer yoxdur,mən yadam bu şəhərə,bu həyata,bu insanlara.Valideyinlərimə belə yadam..Ya qaldım bu həyatda,ya qalmadım,nə fayda əgər mən özümü bu insanların arasında görmürəmsə.

Səhərlərim yoxdur mənim,ancaq gecələrim var. Maskalı insan görməyə taqətim yoxdur. Bəlkədə qonşu binada mənim kimi bir insan var oda mənim haqqımda belə düşünür, nə bilək,hər kəs öz həyatını yaşayır, kim necə yaşadı, yaşayır bilmək mümkünsüzdür.
╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮
╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮
Və...
Mən hələ intihar planları qurarkan `kimlərsə gözünü qırpmadan özünü 9cu mərtəbədən aşağı atır..
Qonşu binadakı qız az əvvəl intihar etdi..
Gözümün qabağında yatır. Kimlərinsə günahını ovucuna alıb atladı.. Ayaqlarım uyuşdu, diz üstə düşsəmdə bunu hiss etmədim.Gözlərimdən yaş gəlir?! Səbəb?! niyə üzülürəm?! Səbəb nədir axı. Suallarım çoxdur. amma cavab yoxdur. Mən bunları düşünərkən binadan ayaqqabısız bir qadın qaça-qaça çıxdı. O qızı qucaqına alıb hönkür hönkür göy üzünə baxaraq isyan edərək bağırmağa başladı..


Bu mənzərə üsyan edən bir tablo yaratmışdır. mənsə 1 həftə bu hadisə ilə yatıb oyanırdım.
Bu Şəhərdə özünə bir yer tapa bilməyən daha bir intiharçı..
Yenədə...

Aylar gecsədə illər gecsədə sadəcə ailəsi unutmayacaq..
istəsələr belə unuda bilməyəcəklər..
╰⊱ Ìท†iЋαr Ge¢əﮎi ╰⊱`Rəﮎﮎαრ`⊱╮
Ola bilsin Adımı kimlərinsə ürəyinə yazmışam. Ola bilsin Adımı kimlərinsə gözündən salmışam.
Ola bilsin qəbrimə güllərlə gələn bir insan olsun. Ola bilsin qəbrimə tüpürəcək gələn bir insan olsun.
Ola bilsinlər çoxdur. amma bir şeydə unutulmazdır ki Yaxşı insan olmaq istəyirsəsənsə Topraqa Gömül.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.