Bəlkədə..

20 Ağustos 2014
2 755
0
Bəlkədə..
Bəlkədə..


Dilim istəmədən sevmirəm dedi...
Dərdilər içində başda biz varığ.
Bəlkədə o görüş sonuncu idi.
Bəlkədə nə vaxtsa qarşılaşarığ...

İnanma belə tez sevərəm yenə.
Ömürlük bağlanıb eşqin kitabı.
Bəlkədə nə bilim, gülürsən mənə,
Bəlkədə çəkirsən vicdan əzabı...

Bəlkə düşümürsən bitsin ayrılığ..?
Deməyim artığdı,günahımdan keç...
Bəlkədə yoldasan,gəlirsən artığ,
Bəlkədə gəlməyi düşünmürsən heç...

Hər şeyin çarəsi əgər zamansa,
Zamanım azaldı,kədərim boldu...
Bəlkədə düzələr hər şey haçansa,
Bəkədə bunnanda beş-betər oldu...

Ən gözəl şeyləri mən diləmirdim.?
Ama ki görmədim səndən yaxşısın.
Bəlkədə mən sənə bəs eləmirdim...
Bəlkədə tapmısan mənnən yaxşısın...

Bəlkə günahını anlayıb susdun.
Bəlkədə səhfivi dedi bəlkələr...
Bəlkə bəlkələrdi sənində dostun.
Bəlkədə bilmirsən nədi bəlkələr...

Əksimi görərsən qəlbimə baxsan...
Ama gəl deməyə hünərim yoxdu.
Bəlkə unutmusan,bununçün yoxsan.
Bəlkədə ölmüsən,xəbərim yoxdu...

Demə ki çox şeyi bilmir söylüyür.
Çox gözəl bilirəm söylədiyimi...
Bəlkə düşünürsən,indi neyniyir..?
Bəlkədə bilirsən neynədiyimi...

Yaşadığ ən acı həqiqəti biz,
Yaşada bilmədi həqiqət bizi...
Bəlkədə bitirdik məhəbbəti biz,
Bəlkədə bitirdi məhıbbət bizi...

Qəfil ayrılanlar biz ikimiziy...
Ama tək dərd çəkən qəmli var mənəm.
Bəlkədə günahkar biz ikimiziy...
Bəlkədə ən böyük günahkar mənəm...

İstəsən ömründən məni silərsən.
Düşünüb hər şeylə ayağlaşarsan.
Bu şeiri eşidib,bəlkə gələrsən...
Bəlkədə birazda uzağlaşarsan...

Çəkdiyim kədəri mən deyim tanı.
Alarağ qoynuna gəzdirir məni.
Bir yannan kaşkilər yorur insanı,
Bir yannan bəlkələr bezdirir məni...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.