Yata bilməyənlər üçün 15 məsləhət

27 Kasım 2014
1 602
0
Yata bilməyənlər üçün 15 məsləhət
Yata bilməyənlər üçün 15 məsləhət
Yuxusuzluq insanı çox şeydən məhrum edir: düzgün düşünməkdən, fikrini işə cəmləməkdən və s. Ən çox isə sağlamlığımıza mənfi təsir göstərir. Biz yatdığımız zaman beynimiz dincəlir, gündəlik enerjini toplayırıq və günə gümrah başlayırıq. Gecə rahat yata bilməyənlərə aşağıdakı məsləhətlərə əməl etmələri tövsiyə edilir:

1. Yatmazdan öncə kitab oxumayın və televizora baxmayın. Əgər kitab maraqlıdırsa, bu, fikirləşməyə vadar edir və beyin sizə yuxuya getmək üçün rahatlıq vermir. Əgər siz xroniki yuxusuzludan əziyyət çəkirsinizsə, yuxudan qabaq TV-yə baxmaq və ya kitab oxumaq olmaz.

2. Yatmağa az qalıb, amma yatmaq vaxtı deyil, siz istədiyiniz vaxt uzanın. Əgər onsuz da saat 12-yə qədər yerinizdə fırlanacaqsınızsa, saat 9-da uzanmağın xeyri yoxdur.

3. Çalışın ki, axşam heç bir xüsusi fəal işlə məşğul olmayasınız. Ümumiyyətlə, yuxudan qabaq problemlər və ya səhərki fəaliyyət planları ilə məşğul olmaq haqqında fikirləşməyin. Bütün bunların hamısını yuxuya getməzdən 1,5 saat əvvəl etməyə çalışın.

4. Bəzi həkimlər yüngülləşməyə kömək edən tənəffüs tapşırıqlarını yerinə yetirməyi məsləhət görürlər.



Yata bilməyənlər üçün 15 məsləhət


5. Çarpayınız sizə yatmaq imkanı verməmək üçün yox, sizin orada yatmağınız üçündür. Əgər 15-20 dəqiqədən sonra yuxunuz gəlməzsə və siz yatmaq istəməzsinizsə, durun və yüngülləşməyə kömək edən hansısa bir işlə məşğul olun.

6. Öz yataq otağınızı sərin saxlamağa və yuxudan qabaq mütləq havanı dəyişdirməyə çalışın.

7. Yuxuya getməyə çalışaraq saymayın. Saymaq beynin bəzi sahələrinin fəallığını artırır və yuxulamaq daha da çətinləşir.

8. Birbaşa yuxudan qabaq fiziki fəallıqla məşğul olmaq lazım deyil. Yaxşısı budur ki, bütün işləri (eyni zamanda müəllimin verdiyi tapşırıqları) 3 saat əvvəl qurtarasınız.

Yata bilməyənlər üçün 15 məsləhət
9. Çox yeməyin, son qida qəbulu yuxudan 2-3 saat əvvəl olmalıdır.
10. Gündüzlər mürgüləməyin.

11. Əgər gecəyarısı oyanır və yuxuya gedə bilmirsinizsə, özünüzü yuxulamağa məcbur etməyin - ayağa durun, bir şeylə məşğul olun. Yuxunuzun gəldiyini hiss etdiyiniz zaman yenidən uzanın.

12. Yatmazdan öncə kofe içməyin, siqaret çəkməyin və alkoqoldan istifadə etməyin.

13. Əgər sizi dəhşətli yuxular narahat edirsə, oyanaraq bu dəhşətli yuxunun xoşagələn nəticəsi haqqında fikirləşməyə çalışın.
14. Yüngülləşdirici musiqi dinləməyi sınaqdan keçirin.

15. Yatmazdan qabaq bir çay qaşığı bal yeyin. Bu, yuxulamağa və möhkəm yatmağa kömək etməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.