Yalnız səbr etmək və yolunu gözləmək qalır, insafsız...

02 Aralık 2014
4 085
0
Yalnız səbr etmək və yolunu gözləmək qalır, insafsız...
Yalnız səbr etmək və yolunu gözləmək qalır, insafsız...

Bir musiqi dinləyirəm... Həzin bir musiqi... Küncdə oturmuşam və qucaqlamışam özüm-özümü nə edə bilərəm ki, yalnızam çox... Heç kəsim yoxdur, heç kəsin görmədiyi bir küncdə oturmuşam mən... İndi hər kəs məni xoşbəxt bilir, amma hardan bilə-bilərlər ki, səhərlər doyunca gülən bir qız, gecələr sakit-sakit sayıqlıya-sayıqlıya ağlayır? Əslində doyunca da gülmürəm heç, ürəkdən belə gülmürəm, sadəcə elə görünürəm... Qəlbim çox yaralıdır. Amma hər kəs məni xoşbəxt bilir. Səni çox sevirəm, amma bu sözü yalnız öz-özümə deyə bilirəm... İstəmirəm səni hələ də sevdiyimi biləsən, yoxsa lovğalanarsan...





Bilirsən də ən pisi nədir? Mən burda göz yaşı tökərəm, ağlaram sakit-sakit, içimə ata-ata, özümə "güclü ol" deyə sakitcə pıçıldayaraq... Amma sən orda gülüb, dostlarına "məni sevir bu qız" deyib, lovğalanarsan"... Etiraf etdiyim gündən peşman olmuşam... Hardan biləydim belə olacağını? Hardan sənin belə edəcəyini bilərdim? Aşiq olduqda hər kəs bəlkə sevər deyə öz-özünə ümid verər... Elə bu idi hər şeyimi məhv edən! Artıq üzünə baxmağa belə cəsarətim yoxdur, çünki hər baxdıqda lovğalanarsan... Həyatım məhv oldu, amma bəlkə bir gün mənim olarsan deyə yenə öz-özümə ümid verirəm...




Qarşılıqsız sevdiyin birinə qıraqdan ümidlə, xəyalla, həsrətlə baxmaq çox çətindir, çox əzab verir... Amma əlimdən heç nə gəlməz... Mənimlə olmursan, heç olmasa bir adımı çək, bir söz de, amma bu qədər əzab vermə mənə... Ən azından az da olsa dəyər ver, axı niyə yaşayıram mən bunları?! Mən bacarardım hamını sevməyi, amma sevməyi səndən başlamasaydım... Axı bezmişəm hər gün səhərlər heç nə olmamış kimi yalandan gülüb, əylənib, danışmağdan... Sonra isə o gülüşün arxasıyca axşamlar ağlamaqdan...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.