Dostluq sevgiyə çevrilə bilərmi?

10 Aralık 2014
4 296
0
Dostluq sevgiyə çevrilə bilərmi?
Dostluq sevgiyə çevrilə bilərmi?

Təhminə, ay qız, Təhminə.Hardasan?Yenə mənlə oyun oynayırsan?Təhi, ay Təhi hardasansa çıx, vallah o əhval-ruhiyyədə deyiləm.21 yaşı var, elə bil uşaqdı.İncə, əsmər, uzunsaçlı, iri gözlü bir qız pişik cəldliyi ilə arxadan Turalın gözlərini qapadı:-“Tap görüm kimdi?” Tural:-“Təhi, nə olar yaxşı-deyib, qızın əllərini yavaşca aşağı endirdi.İnan ki, o vəziyyətdə deyiləm.Təhminə:-“Tural nə olub? Hm?” Tural:-“Heç.Heç nə” Təhminə:-“Tural, sən mənim tək dostumsan.Uşaqlığımız bir həyətdə keçib.Birlikdə yeyib, birlikdə oynamışıq.Bu 21 ilin 16 ilini həyata birgə baxdıq.Həyatın acılarına birgə ağladıq, şirinliklərinə birgə güldük.Danış, dərdini de.De ki, sənə kömək edə bilim.Səni belə görməyə dayana bilmirəm.”
Tural qızın mənalı və sual dolu baxan gözlərinə baxdı.Nə qədər çalışsa da heç nə deyə bilmədi.Sadəcə susdu.Təhminə:-“Tural, bax mənə .Mən sənin dostunam? Tural:-“Hmmm...” Təhminə:-“Məni çox istəyirsən?” Tural:-“ Hm..Həm də çox.” Qız:-“Bəs dedə.İstəyirsən, gedək həmişəki Yaşıl çöllüyə? Bu vaxt olsa, olsa qızlar olacaq, Pərişgil.Onları da qovaram(zarafatla gülümsündü.) Hm? Gedək? Tural:-“Yaxşı, gedək. Heç bir kəlmə etmədən yaxınlıqdakı Yaşıl çöllüyə gəldilər.Qız:-“Buyur, daha ürəyim çəkildi.”
Tural ah çəkib, başını təəssüflə yellədi:-“Eh,Təhi, eeeh...Hardan başlayacağımı bilmirəm." Təhminə:-“Hardan istəyirsən başla.16 ildə sənin dilindən bir mən baş çıxardım, bir də anan-deyib, gülümsədi.
Tural:-“Bilirsən Təhi...Mən...Mən bir qız... Təhminə:-“Hmmm...” Gülməkdən uğunaraq”-“Ay Allah, dostum qız sevir.Mən də deyirəm nə olub.Hə...Nə olsun.Hmmm.Qızdan “yox” cavabı almısan? Tural:-“Yooox.Heç qıza deməmişəm.Qorxuram. Təhminə:-“Niyə? Yox desə zərin tökülər?” Tural:-“Ona görə yooox.O əgər yox desə...Onsuzluğa dözə bilmərəm. Təhminə:-“Bir soruş da.Bəlkə elə o da səni sevir.” Tural:-“Hm.Düz deyirsən.” Oğlan qızın məsum gözlərinə baxıb:-“Onda cavab ver, Təhi.Məni sevirsən? Hə, de.Cavab ver.Nə oldu? Sevmirsən?” Qız tutulub qalmışdı.Gözləmədiyi suala cavab verməli idi. :-“Tural sən nə danışırsan?Biz...Biz sadəcə dostuq.Bunda dostluq ola bilməz. Tural:-“Bax.Gördün?Bilirdim belə olacaq.Sevgi ola bilməz? Niyə olmur.Bax, gördüyün kimi olur.Yatıram sən, dururam sən, işdə sən, evdə sən, sən, sən, sən...Ürəyim, hə? Bilirəm.Sağlam, idmançı Oğuz, özü də türk səni sevə-sevə, mənim kimi xəstəyəmi aşiq olacaqsanmı? Təhminə:-“Orda dayan.Mənim Oğuzdan zəhləm gedir.Xəstəliyinin aidiyyatı yoxdur. Səni sadəcə dost kimi sevirəm. Tural:-“Bəsdi, sən Allah. Dost!” Saat gecə 12.Təhminənin dediyi sözlər Turalın qulaqlarında təkrarlanırdı.Tural siqareti-siqaretə calayır, gözlərini qızın otağından çəkmirdi.Cəld hərəkətlə bir az aralıda öz evlərinə qayıtdı.Otağına girib, nəsə axtarmağa başladı. Səhəri gün.Sevda xalanın naləsi göyü inlədirdi.Turalın bacısı : “Qardaşım!” deyə ağlayırdı.Qız özünü yetirdi.Evin ortasında üzü örtülmüş cəsədi görəndə bir anlıq yerində dondu.Göz yaşları sel kimi axdı.Turalın otağına keçdi.Biləngindən axan qan,yatağını al qana boyamışdı.Yatağın yanındalı stulda məktub, məktubun üstündə Təhminəyə yazısı vardı.Yazılmışdı: - Təhi, sən mənim ən yaxın dostum oldun.Məni hamıdan daha yaxşı anladın.Amma, özüm də bilmədən səni sevdim.Təmiz məhəbbətlə sevdim.Səni gözümün qarşısında görüb, bir daha,bir daha məhv olurdum. Amma, “yox ”cavabından sonra birdəfəlik öldüm.Ürəyim sənsizliyə dayana bilməzdi daha.Nə olar, Təhi, məni heç vaxt unutma!Heç vaxt!
Bes Sun.Az userleri sizin fikriniz nedir?Sizcə DostLuq sevgiyə çevriLə biLərmi?Sizde bele hadise olubmu?

EdiT:TinkerbeLL...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.