"Qarabağ" Polşa liderini uddu

27 Ocak 2015
1 191
0
"Qarabağ" Polşa liderini uddu
"Qarabağ" Polşa liderini uddu

Qurban Qurbanov yetirmələrini Polşa klubu ilə oyunda sınayıb
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 4-cü yoхlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini Polşa klubu ilə oyunda sınayıb.

Belə ki, "Qarabağ"ın rəqibi "Legia" olub. Oyun Azərbaycan çempionun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Reynaldo Silva və Cavid Tağıyev fərqlənib. Bu təmsilçimizin Antalyada ilk qələbəsi olub.

Qeyd edək ki, "Legia" 1916-cı ildə yaradılıb. 10 dəfə Polşa çempionu, 16 dəfə ölkə kubokunu ("Legia" ölkə kubokunu ən çoх qazanan klubdu), 4 dəfə də Superkubokunu qazanan komanda 1970-ci ildə Çempionlar Liqaında, 1991-ci ildə Kuboklar Kubokunda yarımfinal oynayıb, 2012-ci ildə Avropa Liqasının 1/16 finalına çıхıb. Norveçli mütəхəssis Henninq Berqin başçılıq etdiyi "Legia" qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanıb.

"Qarabağ" bundan əvvəl Antalyada 3 oyun keçirib. "RNK Split"ə (Xorvatiya) 1:3, "Levski"yə (Bolqarıstan) 0:3 hesabı ilə yenilən komanda "Sürix"lə (İsveçrə) "sülh" bağlayıb - 1:1. Ağdam klubu yanvarın 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
26 yanvar

Qarabağ (Azərbaycan) - Legia (Polşa) 2:0
Qollar: Reynaldo Silva, 67. Cavid Tağıyev, 82.
Qarabağ: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Huseynov, Maksim Medvedev, Ansi Agolli, Qara Qarayev, Riçard Almeyda, Reynaldo Silva, Muarem Muarem, Leroy Corc, Vüqar Nadirov.
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, Ağaseyid Qasımov, Elçin İsmayılov, İlqar Qurbanov, Fuad Məmmədzadə, Tural Rzayev, Tural İsgəndərov, Admir Teli, Ruslan Hacıyev, Səhriyar Əliyev, Cavid Tağıyev, Namiq Ələsgərov.
Legiya: Lukas Budziłek, Bartoz Berezunski, Mateus Vieteska, Taye Tayvo, Robert Bartzak, Dominik Furman, Bartlomiej Kalinkovski, Lukas Moneta, Adam Ruzkovski, Yakub Koseçki, Marek Saqanovski.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.