Qorxuram....!

31 Aralık 2014
2 948
0
Qorxuram....!
Qorxuram....!

Ağlımı itirməyə başlayıram deyəsən...

Fikirlər məni özünə tərəf çəkir. Tanımadığım yolu gedirəm, qarşıma nə çıxacağını gözə ala bilmirəm. Uzun-uzadı fikirləşirəm niyə? Yooox ola bilməz.

Bəlkə də ola bilər ama mən bilmirəm…

Qarşıma kilsə çıxır…

Çox hündür və və çox da gözəldi. Müsəlman olduğumu unutmamışam ama kilsəyə daxil olmağ ürəyimdən idi. Çünki izlədiyim filmlərdən və xristian dinində olanların kilsədəki Padrelərə inanmağı və onlardan məsləhət alıb günahlarının bağışlanmalarını çox eşitmişdim.

Mənim ALLAH-ım hər şeydən uca və biz bəndələrinin daima yaxşılıqlarını istədyini bilirdim.
Kilsəyə daxil oldum ALLAH-a dua edənlər, Şam yandıranlar…

İnsanlar fərqli idi.

Padre ilə söhbət etmək üçün xüsusi otağa girdim. İlk öncə Allahımdan kömək istəyib danışmağa başladım…

Padre Qorxuram! Sənin yanına gəldim ki mənə kömək edəsən.

Bezmişəm. Bezmişəm hər şeydən. Bezmişəm artıq məni alçaldanlardan, hamı kimi dəyərsiz tutmaqdan, dəhşətlər içərisində yaşamaqdan.
Padre məni güclü sayırlar ama daxilimdəki zəifliyim mənə güc gəlir. Güvənim özümdən də itib artıq nə edəcəyimi bilmirəm. Düşünə bilmirəm. Sabahın dərdlərini fikirləşib özümə məzar qazmaq istəyirəm. Bu günün yalanlarını görüb özümü asmaq istəyirəm. Ama fikirləşirəm ki, bu günahlarnan sabahımı heç bir zaman doğru qura da bilmərəm. Axı niyə mən də sıradan biriləri kimi düşünə bilmirəm? Axı niyə hamı mənim güldüyümü düşünür? Axı ürəyim ağlayır? niyə niyə niyə??
Padre münasibətlərimdən narazıyam, bu naşükürlük olsa belə narazıyam.

Yalançı gülüşümdən bezmişəm….

Bilmirəm əhf edərmi? ALLAH-ım məni əhf edərmi?
Yorlumuşam. Sonumu görmək istəyirəm.

Qəlbimdəki yalnızlığı heç kim görə bilmir səndə buna kömək göstərməyini istəyirəm. İstəyirəm hamı məni normal olaraq başa düşsün.


Görürsən nə çox şey istəyirəm?

Bilirsən mən pislikləri və pislik edənləri sevmirəm, sizə bunları danışıram hiss etmirsiniz ama gözlərimdən axan yaşlar məni daha da Qorxudur.
Padre Mən İtirməkdən və itirilməkdən Qorxuram!
Mən yaxınlarımı, dostlarımı, sevdiklərimi itirməkdən Qorxuram və bunu heç cür özümdən uzaqlaşdıra bilmirəm.
Hal-hazırda doğmalarımdan çox uzaqdayam onlar üçün darıxıram, her zaman yanımda olmalarını istəyirəm ama alınmır yenə də Qorxuram.Sadəcə Qorxuram....!


R.E.SenSiz...MişKa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.