Karandaş və Uşaq....

04 Ocak 2015
1 585
0
Karandaş və Uşaq....
Karandaş və Uşaq....


Uşaq babasının məktub yazmağına tamaşa edirdi.
Birdən məsum bir ifadə ilə: “Yoxsa mənim haqqımda yazırsan?” - deyə soruşdu.
Babası bir anlıq əlini saxladı, əvvəlcə, gülümsədi, sonra isə dedi:
“Doğrudur, sənin haqqında yazıram.
Ancaq əlimdə tutduğum bu karandaş yazdığım o sözlərdən daha əhəmiyyətlidir.
İnanıram ki, böyüyəndə sən də bu karandaşı çox sevəcəksən”...

Uşaq karandaşa diqqətlə baxdı. Ancaq onda qeyri-adi bir şey görmədi.
Odur ki: “Axı bu karandaşın başqa karandaşlardan heç bir fərqi yoxdur”, - dedi.
“Əslində bu sənin o karandaşa necə baxmağından asılıdır”, - babası cavab verdi,
- “Bu qələmin beş xüsusiyyəti var və sən bu xüsusiyyətləri bilsən, həyatda çox yaxşı bir insan olarsan...



Birinci xüsusiyyət: çox gözəl işlər görə bilərsən.
Ancaq atdığın hər addıma istiqamət verən “bir əl” olduğunu unutmamalısan.
Bizim üçün bu “əl” Allahdır və həmişə öz qüdrəti ilə bizə istiqamət verir...



İkinci xüsusiyyət: nə yazıramsa-yazım, arabir dayanmalı və karandaşımın ucunu yonmalıyam.
Bu, karandaşı bir az “incitsə də”, nəticədə, daha yaxşı yazmasına kömək edir.
Ona görə də acılara sinə gərməyi öyrənməlisən. Çünki nə qədər acı çəksən, bir o qədər güclü olarsan...



Üçüncü xüsusiyyət: karandaşla yazanda səhv etməkdən qorxmursan.
Çünki nə qədər səhv etsən də, onu düzəldə biləcəyini bilirsən.
Sən də bil ki, əgər bir səhv ediriksə, onu sonradan düzəltmək heç də pis şey deyil.
Əksinə, bu bizi ədalətli olmağa sövq edir...



Dördüncü xüsusiyyət: karandaşın əsas hissəsi üstündəki taxta deyil, içindəki yazan maddədir.
Ona görə sən də həmişə öz içinə baxmalı, ən çox onu qorumalısan...

Beşinci və son xüsusiyyəti: karandaşın iz qoymasıdır.
Onun kimi, sən də həyatda gördüyün hər işin bir iz qoyacağını bilməli və hər addımını ona görə atmalısan...”


Redaktə etdi:,Mrs.IsGenDerLi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.