๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑

25 Eylül 2015
1 343
3
๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑
๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑

Gənc iş adamı yeni " Yaquar " ı ilə bir küçədən sürətlə keçirdi. Birdən gözünə nə isə sataşdı. Qeyri- ixtiyari sürətini azaltdı. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında balaca bir uşaq dayanmışdı.Özünü saxlaya bilməyib qışqırmağa başladı: "Sən kimsən? Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi?

๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑

"Uşaq yalvararaq cavab verdi: "Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdı".Uşaq bir tərəfdən danışır, bir tərəfdəndə yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındalı əlil arabasını göstərdi və: " Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin " , -dedi. Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi.Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: " Allah razı olsun " , -deyərək təşəkkür etdi və arabanı sürərək evlərinə tərəf getməyə başladı.

๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑

Gənc bir xeyli uşağın arasınca baxdı. O, maşınına qayıdana qədər sanki yol xeyli uzanmışdı...O, maşının qapısındakı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı.Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi..

๑۩۞۩๑ Gənc İş Adamı ๑۩۞۩๑

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    bu hekayəni daha öncə oxumuşdum ama yenə oxudum yadima saldim.ALLAH razi olsun her bir yaxsi insanlardan yuzde bir nefer yaxsi ola bilir
  2. AleDa
    • AleDa
    • 25 Eylül 2015 20:57
    Ne gozel.. Kas etrafımızda yaxsılıgı bacaran ınsan sayısı cox olaydı.. Cox duygulandım.. Tesırlı hekayeydı.. Tewekkurler
  3. crazy_reniw
    hmmm maraqlidir etrafdaki insanlarida gormk lazmdi ellerine saqliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.