Intihar böyük Günahlardandır,bundan çəkinin

17 Ocak 2015
1 671
0
Intihar böyük Günahlardandır,bundan çəkinin
Intihar böyük Günahlardandır,bundan çəkinin





İntihar - Allahdan önə keçmə cəhdi
Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.

Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Dünyana intihar edənlərin təxminən bir faizi Azərbaycanın payına düşür. Trend News-un hazırladığı statistikaya görə, cari ilin 3 ayında respublikada 76 nəfər intihar edib. Onlardan 60-ı kişi, 16-sı qadındır. İntihar faktları daha çox Bakıda (35 fakt), Sumqayıtda (8 ), Şəkidə (5), Gəncədə (3), Naxçıvanda (3), şimal bölgəsində (3) qeydə alınıb.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir (Maidə, 32). Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar" (Furqan, 68, 69) deyilir.

Başqa bir ayədə isə belə buyurulur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" (Nisa, 93).

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi deyil. Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri "nəfsi (canı) qorumaqdır". Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir.

İmanı gülcü olan şəxs əsla intihara əl atmaz. Bir hədisdə belə deyilir: "İnsanların müsibət yönündən ən ağırına məruz qalanları peyğəmbərlər, sonra övliyalar, sonra da dərəcəsinə görə bunlara bənzəyənlərdir". Elə isə biz də onların göstərdiklıəri mətanəti, dözümü göstərməliyik.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" (Buxari, Kitabu’l-İman hədis N:159 , Muslim Kitabu’l İman hədis N:160).

"Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır" (Buxari, Kitabu’d-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).
Ümumiyyətlə, Hz Peyğımbərimiz (s) intihar məsələsinə çox önəm vermiş, onun zamanında özünü bıçaqla öldürən birinin cənazə namazını qıldırmamışdır (Buxaridən başqa Kutub-i Sittənin beş imamı bu hədisi rəvayət etmişlər).

Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdən -Səlasil səfərində ihtilam olur (boynuna qüsl gəlir), hava çox soyuq olduğu üçün su ola ola ölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Bu hadisəni Hz Peyğəmbərə xəbər verəndə Amrın bu hərəkətini bəyənir (Əbu[center]



Intihar böyük Günahlardandır,bundan çəkinin
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.