"Din Haqqında Maraqlı Hekayə"

01 Şubat 2015
1 564
0
"Din Haqqında Maraqlı Hekayə"
"Din Haqqında Maraqlı Hekayə"


Həzrəti Əli (ə.s) şəhadətə yetişdikdən sonra gecə onu dəfn etməyə aparırdılar. Dəfn etdikdən sonra geri qayıdarkən yolları xarabalıqdan düşdü.
Bu zaman xarabalıqdan bir kişinin nalə səsi eşidilməyə başladı:

- Həbibim, Həbibim - deyə fəryad edən zaman Hz. Həsən və Hz Hüseyn (ə.s) səsə tərəf getdi.
Hz. HəsənHz Hüseyn (ə.s) yaxınlaşdıqda gözləri kor, qoca kişini gördülər.


Ondan ağlamağının səbəbini soruşduqda o, cüzzam xəstəsi olduğunu və bu səbəbdən ailəsinin, dostlarının, yaxınlarının ondan üz döndərdiyini və bu xarabalığa atıldığını nəql etdi.
Lakin hamının üz döndərməsinə baxmayaraq bir kişinin mütəmadi olaraq onun yanına gədiyini, başını sığalladığını və yardım etdiyini deyəndə Hz Həsən və Hz Hüseyn (ə.s) bu insanın Hz Əli (ə.s) olduğunu başa düşdülər.
Və kor kşiyə bu insanın onun atası,yetimlərin dayağı olan Hz Əli (ə.s) olduğunu və onun artıq həyatda olmadığını deyəndə kor kişi ağlayaraq onu Hz Əlinin (ə.s) qəbrinə aparmağı xahiş etdi. Hz. Həsən Hz Hüseyn (ə.s) kor qocanı ora aparmağa razılıq verdilər. Kor qoca qəbirə çatanda ağlayaraq: ”Həbibim, həbibim”deyərək diz çökdü.


Bir müddət keçdikdən sonra ondan səs gəlmədiyini görən Hz. Həsən və Hz Hüseyn (ə.s) onun can verdiyini gördülər.

Allah bizlərə bu dünyada Həzrəti Əlinin (ə) ziyarətin axirətdədə şəfaətini nəsib etsin İnşallah

http://smayli.ru/data/smiles/liniia-1188.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.