Ana və Ata haqqında hədislər

04 Mart 2015
13 578
0
Ana və Ata haqqında hədislər
Ana və Ata haqqında hədislər
Hədis [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır.

• Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: "Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): "Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: "Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də "Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

• Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) "Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) "Vaxtında qılınan namaz” buyurdu. "Sonra hansıdır?” dedim. "Ana-ataya yaxşılıq etmək” dedi. "Sonra hansıdır?” deyə soruşdum. "Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)

• Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə "Allah Təala və Rəsuluna iman etməyi,” sonra "Allah Təala yolunda cihadı,” ondan sonra da "qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)

• Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»

• Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.