Salam

02 Mayıs 2015
1 411
0
Salam
Salam
..qarlı bir qış sabahı gördüm onu..o sabah..həmin o sabah..tərifə sığmaz..bilirəm ,çoxunuz sevirsiniz bu havanı..külək əsmir..hava da çox soyuq deyil..sehirli bir səssizlik var şəhərdə..qar dənələri elə mehribanlıqla üzünüzə düşür ki..hər tərəf ağ rəngin ən mükəmməl çalarları ilə əhatə olunub..ətrafınıza baxırsınız..sanki kimsə yuxarıdan hər tərəfə qar ələyir..o an hiss etdiyimiz hüzuru sevirik bəlkə də..yolla həzin addımlarla irəliləyirdim..
Salam
qarşıdan,ağappaq yağan qar dənəciklərinin arasından yaxınlaşan birini gördüm..o da nələrdənsə bezmişdi..nələrdənsə küsmüşdü sanki..rahatlamaq istəyirdi.. və bu gəzinti bunun üçün ən doğru qərar idi..içimdə qəribə bir həyəcan yaranırdı nədənsə..get gedə qəlb atışlarımın sürətləndiyini,nəbzimin yavaşladığını hiss edirdim..addımlarımız bizə birbirimizi daha da yaxınlaşdırırdı..artıq uzun kirpiklərini,açıq qəhvəyi gözlərini ,insanın qəlbinin dərinliklərinə işləyən o baxışlarını daha aydın görə bilirdim..
Salam
yanaqlarımda get gedə qəribə bir istilik yaranırdı..qızardığımı hiss edirdim və bu məni daha da utandırırdı..və artıq üz üzəydik..o düz gözlərimin içinə baxaraq,sanki uzun illər sürən ayrılıqdan sonra görüşə gələn dost kimi söhbət etməyimiz,dərdləşməyimiz üçün tələsirdi..üzünə düşən bəyaz,məsum qar dənəcikləri əridikcə gözlərinin ətrafındaki incə ,şirin qırışları görə bilirdim..özəl bir gün idi bu..və həyatımda bəlkə də milyon dəfə eşitdiyim bu söz onun dilində mənə qat qat daha ecaskar,qat qat daha doğma gəlmişdi..”salam”..


C.Məsudə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.