Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer

02 Mayıs 2015
1 087
0
Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer
Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer
Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer..elə vaxtlar olur ki ,içimdə mənə yad hisslər yaranır..nifrət..kin..əsəb..deyirəm, vəssalam! daha heç kəsə qarşı anlayışlı olmayacam..niyə kimsə məni incitsin ki ? niyə cəsarət etsin buna ? "Güclü insan" formamı geyinirəm..acı sözlərim silahım olur..günlərlə ,həftələrlə ünsiyyəti qoparıram hər kəslə..sonra bir şey olur..nə bilim. .harasa gedirəm..avtobus ya da metro ilə..yanımdan keçən insanlara baxıram..dəli zənn etməsinlər deyə bildirmədən edirəm bunu )) beynimdə suallar yaranır..
Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer

İlahi..niyə heç kimin üzü gülmür? niyə hamı qaş qabaqlı buz parçasına dönüb?sonra çönüb özümə baxıram..günlərdir insanlarla olan davranışımı yadıma salıram..və fərqinə varıram ki ,bəli, bu belədir..hər kəsin bir dərdi var..hər kəsin qabırğalarının altında daşıdığı ən sevdikləri tərəfindən qırılan ürəkləri var..əmanət etdiyimiz insanlar qırdı ən çox qəlbimizi, bəli..hər insanın xatırlayanda sinəsinə tikan kimi batan sözlər var.. insan incindiyi zaman qəddarlaşırmış..qorumağa çalışırsan özünü sonra..

Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer

Amma hərdən öz ətrafına hördüyün divarların kənarına çıxıb sənin kimi milyonlarla insanın olduğunu görəndə başa düşürsən ki , içinə qapanmaqla sən yalnız səni incidənləri sevindirmiş olursan..metroda gözlərini bir birindən qaçıran insanlara baxdıqca anlayırsan gözlərindəki günahkarlığı,yalnızlığı.. özün də həmişə belə edirsən çünki..tək tək baxırsan onlara bir neçə saniyəlik..yaşlı bir qocanın yerə zillənmiş solğun gözlərində görürsən ayın sonuna qədər tox qalmağın çətinliyini..nəvələrinə bir hədiyyə ala bilməməyin verdiyi utancı..gözəl bir qızın çatılmış qaşları sənə danışır bu cəmiyyətdə gözəl olmağın hədiyyə yox cəza olduğunu..

Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer

Yanında körpəsi olan analar, əlləri kobudlaşan atalar..ailələrinə yük olmamaq üçün həm oxuyub həm işləyən gənclər..əlindəki qəzetdə gözləri eyni nöqtəyə zillənmiş insanlara baxanda başa düşürsən ki,onların fikirləri tamam başqa yerlərdədir..və öz sıxıntıları qəzetlərdə yazılan dövlət sazişlərindən,çiçəklənən ölkənin xoş vədlər verən parlaq gələcəyindən daha ağır vəziyyətdədir..sonra getdiyin stansiyaya çatırsan..bəzən qalxıb getmək belə istəmirsən..bütün gün bəlkə də həyatında bir də heç vaxt görməyəcəyin bu insanlara baxmaq keçir içindən..qəribə bir duyğu..qəribə bir maraq..ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer..Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yer


Ya da sadəcə öz sıxıntılarını unutmaq üçün sığındığın bir yerC.Məsudə


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.