"Eşidilməyən həqiqətlər"

03 Ağustos 2015
1 167
0
"Eşidilməyən həqiqətlər"
"Eşidilməyən həqiqətlər"
"Eşidilməyən həqiqətlər"
Bu gün biraz düşünmək qərarına gəldim. Səhvlərimdən sonra, arxaya baxmaq qədər gülməli heçnə görmədim həyatda.Lirikadan biraz uzaq,kölgəli evlərin damlarında səssizcə düşünmək.Düşündünüzmü? - Həyatda söylədiyimiz hər sətir müəyyən bir məna daşıyır.Hər şeydən uzaqda,insanlardan çox aralıda,öz-özünə danış,gülümsə,əsəbləş,nifrət et,mahnı söylə.Çox xeyri olacaq inanın ki.Qorxmayın sizi Allahdan başqa heç kəs görməyəcək.Bu nə dəlilik,nədə günah deyil.İnsan çox bezir,insanların istədikləri kimi görsənməsindən.Onların içində ciddi görsənin,amma heç vaxt özünüzlə ciddi davranmayın.Sizin içinizdə,siz doğulmamışdan öncə,körpə hisslər,uşaqlığı canlandıra bilən gülüşlər yaşayırdı.İndidə istəsəniz o hissləri yenidən geri qaytara bilərsiniz,amma çətin....
Bəzən ətrafımızda baş verənləri,qismət adlandırıb barışırıq.Bizim millətə "təslim olursunuzmu?"deyə sual vermək çox gülüncdür əslində.Biz,bizə qazılmamış quyudan əvvəl o quyuya düşmüşük.Əvvəllər hər bir hadisəyə fikir bildirə bilirdik,indi isə,"onsuzda belə olmalıdır"deyə vecsizləşmişik. Qorunmaq lazım olur çox vaxt,etdiyin yaxşılıqlardan.Yaxşlıqlar qarşılıqsız qalması bir yana,etdiyin yaxşılığın əvəzində "bağışla" deyərək qapının üzünə bağlanması.Bax,bu dözülməz bir ağrıdır!
- Boş adamlar üçün bu yazı,sadəcə yer tutmuş sətirlərdir.Nəyisə izah etmək üçün,özünü həlak edib,anlatmaq lazım deyil.Sadəcə izah etmək istədiyin cür görün.Beyinləri ilə anlayanlar,səni gülüş atəşinə tutub,səfeh olduğunu sanacaqlar.Ürəkləri ilə hiss edənlər,heyrətdə qalıb sadəcə izləyəcək gözləri ilə.Onlara hər şeyi anlatmaq üçün sənə dəyərli nələri varsa təmənnasız verəcəklər.Qəribə şəhərlərdə yaşamırıq,hamısı eyni Bakıdır.Qəribəlik bilirsənmi nədir?... - Cavabını bu sətirlərdə axtarma,elə bu sualın özündə də,bir qəribəlik var. Qeyri-ciddi gəlməsin deyilənlər,oxuyanda gözlər yaşarmasada,əminəm ki beyinlər düşünür,əgər o qırışların içində düşüncə varsa!Özünüzü heç kəsə oxşatmayın,Allah baxışlara kimi ayrı yaradıb və ayrı yöndə istiqamətləndirib hər kəsi... Yazılanlar yalanmı?
- Yaxşı bu yazılarım səfeh,mənsə axmaq,bəs düz olan nədir?! Demirəm hər cümləm sizlərə aiddir,demirəm danışdığım insana bənzəyin,sadəcə anlayın!Dəyişmək hələ gec deyil...
İllərin yaratdığı tələlərin üstündən keçərkən,sizə zərbə dəymir deyə tələlərin üstündə gəzişməyin.Həmin ağrılar yaxınlarınıza hədiyyə verilir.Nəyimi miras qoyb gedəcəm deyə düşündünüzmü heç?
- Kağızlara aldanmaq kifayət etmir! Dünya cəmi üç gündə yaranıb,bəs siz niyə,bir yaxşılıq üçün illərdi düşünürsüz?!
Çalışın,
Qəhrəman olmağa çalışmayın,müqəddəs olun.
Qəhrəman olsanız cəmi iki-üç il yaddaşlarda qalarsınız,sonra isə yerinizi başqası ilə əvəz edərlər.Müqəddəs olsanız əgər,hər gecə dualarda,Tanrıdan bağışlanmanı istəyərlər...
"Eşidilməyən həqiqətlər"


- Süleyman Əliyev"Eşidilməyən həqiqətlər"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.