Qəddar və günahkar insan vəfat edir.
Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: - Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir
yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən “. Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: - Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın “. Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından
yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur ki, birdən adamlar ağırlıq edər, ip qırılar. Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır. Son anda onun qulağına Mələyin səsi gəlir: - Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq
etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin.