İnandığımız nağıllar 12-ci hissə
Yazar:b Məsudə Cabbar
Hələ ki,edəcək başqa işim olmadığından bütün mesajları tək - tək oxudum. 38 oxunmamış mesaj. "Haradasan?" "Eyy" "Niyə cavab vermirsən, telefon niyə bağlıdır" "Teymur ?" Və daha bu kimi mesajlar.. Zəng etdim və bütün vücudumu buza döndərən soyuq səsinə tutundum..Evdən çıxa bilməyəcəyimdən evə gəlməsini rica etdim. Gələcək olsa idi, onsuz da başqa bir söz deməyimə ehtiyyac qalmayacaqdı. İşi olduğunu deyib telefonu söndürdü. Gözlərimi yumub doxsan yaşlı bir qocanın aldığı dərin nəfəsdən aldım.. Ağrı üstünə ağrı..Və heç biri bir birinin bənzəri deyildi.. Bərbad hiss edirdim.. Gücsüz və tənha.. Nəysə ki, qırx dəqiqəyə yaxın zamandan sonra qapımız döyüldü..Dirsəyə qədər qıvırdığım köynək qollarımı düzəldə - düzəldə qapıya doğru yönəldim və dəstəyi çevirdim. Çatılmış qaşlarım və solğun üzüm yerini onu ilk gördüyüm zaman sahib olduğum doğma gülümsəməyə buraxdı. Bütün məsumiyyəti və sevgisi ilə qarşımda dayanan o idi.. Heç gözləmədən qolundan içəriyə doğru dartdım və böyük ehtimal onu incidəcək qədər sıxdım incə belini.. Qucaqlamaq.. Çiynindəki tonlarla yükü bir anın içində xəfiflədən yeganə güc idi.. Əlləri boynuma dolanmış, nəfəsləri nizamsız..Burnumu boynuna dayayıb dəqiqələrlə eləcə dayandım qapının önündə.. Nə o tək kəlimə soruşdu, nə mən tək kəlimə dedim.. Əllərini üzümün iki yanına tutub özünü geriyə doğru itələdi.. Və üzümə baxdı o tərifsiz gözəlliyi və mərhəmət dolu baxışları ilə.. - İlahi.. Elə darıxmışam ki.. Yanağımdan öpdü və yenidən qucaqladı bir anda haldan düşən vücudumu. Masa arxasında oturub saqqal basmış üzümü, altı çökmüş gözlərimi süzdü, əlini əlimdən bir an belə çəkmədən. Bir anama,bir mənə..Bir anama bir mənə.. Başını sallayıb gözlərindən axan yaşları sildi. Üzümdəki islaqlığı qurutdu..Tutduğu əlimi öpdü..Yenidən sarıldı.. Bir kəlimə belə danışmadı bütün bunları edərkən.. Həqiqətən də, hərdən danışmaq boş səs küydən başqa bir şey deyilmiş..Susqunluq deyirmiş ən lazımlı sözləri.. Bir tək qapıdan çıxarkən soruşdu nəyəsə ehtiyacım olub olmadığını.. Gözlərimi yumub gülümsədim başımı yelləyərək..Bundan artıq nə verə bilərdi ki? |