Maraqlı Hekayə

27 Ekim 2014
2 176
0
Maraqlı Hekayə
Maraqlı Hekayə
Dekabr.... və hardasa yanvar yaxınlaşır..
Düzünü deyim ki, qışa olan məhəbbətim yalnız qara görədir - ağappaq qara görə...
Pəncərəni açdığımda ilk öncə günəşə baxdım, sonra yerdəki qara.. Sən demə gecə o qədər yağıb ki, durmadan.. Bir gecə içində küçəni, hətta bütün şəhəri tər-təmiz eliyib - ağappaq.. Sevirəm də qarın ilk gəlişini - sürprizlər kimi...
"İndi çörək yeyəcəm, sora düşəcəm həyətə" - dedim öz-özümə..
"Həəə qar. Salamm, mən gəldimm.."
Heç sevmirəm yerin gözəl ağappaq mənzərəsini ayaqlarımla korlamağı. Amma neyniyimm.. ALLAH bizə qanad vermiyib axı uçaq...
Həəə, qanad demişkən, göyə baxdım birdən.. Bir-iki quş var idi göy üzündə. Nəsə özümdən asılı olmadan qışqırdım onlara ki, səsimi yaxşı eşitsinlər:

- "Heyyy, eşidirsiz mənii?? Bura baxın, ordan qar necə görünür?? Bəs mən?? Baxın, çox balacaboy deyiləm haa.. Əgər sizə balaca görünürəmsə, məsafə fərqindəndir.. Nəzərə alın ki, siz məndən nə qədər yuxarıdasız. Bir düşün yerə, onda görəssiz kim balacaboydur..))Nəisə, camaat adıma "dəli" çıxarmamış kəsim öz-özümə danışığı..)
Boylandım birdən ətrafa.. Görüm kimsə evinin isti küncünə sıxılıb, televizora baxmaqdan imtina eliyib mənim kimi küçəyə çıxıbmı? - deyə..
Elə bu vaxt bir yaşlı kişi gördüm. Küçədə deyinə-deyinə keçirdi. Oturdum daşın üstünə və başladım buna baxmağa..
- "Ehh, bizə lazımdı qar?? Nəyimizə gərəkdi? Getsin Moskvasına nə qədər istiyir yağsın daa.. İşimizə-gücümüzə bax. Heç iş var ki, bu soyuqda baxaqdaa.." - kimi sözlər deyirdi..
Birdən gülümsündüm. Ürəyimdə "qorxma, tək sən deyilsən öz-özünə danışan.."
İstədim nəsə deyim o adama:
"Dayıı..." - dedim və birdən susdum. Fikrimdən döndüm. Amma sən demə kişi məni eşitdi..
- "Nədi ay bala??" - soruşdu.
- Kim? Mən??
- Həə, sən. Dayı demədinn??

- "Məən?? Yoxx, mahnı - dayy daaay daayy - oxuyurdumm..." - dedim və qaçdım ordan.
Görən, inandı?? Əşii, inanmasın. Bir də məni harda görəndi ki, guya..)
Artıq evə getməyi fikirləşdim.. Bu günlük bəsdi pərt olduğum.. Birdən bir uşaq gördüm yolun qırağında. Öz-özünə qar topu düzəldirdi. Baxıb gülümsündüm. Getdim yanına..
- Niyə təkcəsən?
- Yox, tək deyiləm. Sən də varsan. İki nəfəriy uje...
- Mmm, yaxşı...(bu cavabı heç ağlıma gətirməmişdimm)
- "Gecdi. Bax, qaranlıq düşür, get evinə. Mən də gedirəm.." - dedim..
- Sən get, qızsan. Mən oğlanam. Nədən qorxacam??
- Sən uşaqsan..
- Hə nolsun? Oğlan uşağıyamm!
- Yaxşı, hörmətli oğlan uşağı.. Mən getdimm, sağoll..
- Sağoll..
Bir az uzaqlaşmışdım ki, arxadan səs eşitdim.. O uşaq məni çağırırdı..
- "Heyyy, sənnənəm..."
Dönüb baxdım..
- "Mənim heç kimim yoxdu.. Hara gedimm??" - dedi mənə...

Susdumm....
Maraqlı Hekayə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.