Mən səninlə xoşbəxtəm

13 Kasım 2014
3 714
0
Mən səninlə xoşbəxtəm
Mən səninlə xoşbəxtəm
Mən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəmMən səninlə xoşbəxtəm
Mən səninlə mənəm. Ağlatsan da mən səninlə xoşbəxtəm. Çünki sən güldürməyi bacaran ən bacarıqlı sevgilisən. Sən olmasaydın həyatımda sevgimizdən danışarkən sevincdən gözlərim dolmazdı ki. Xoşbəxtlik xəzinəsini sən tapmasaydın mən necə yeriyə bilərdim ki, bu yolda.

Yaxşı ki, sən varsan... Yaxşı ki, səhərlər gözümü açdığımda "səni sevirəm" deyə biləcəyimsən. Dəliliklərimi səndən başqa kim ağıllandıra bilər ki. Sevənlər qovuşmaz məntiqini səninlə qırdığım üçün sanki dünyada bir ixtira etmiş kimi yüksəlmişəm. İntizarların qarşısına keçib ayrılmağımıza əngəl olan sevgimizə "sağ ol" deyirəm.
Mən səninlə xoşbəxtəm
Bir gülün gözəlliyini görmək əsas deyil, gözəlliyi hiss etmək gərəkdir. O gözəlliyi ki, gözlərinə, qəlbinə bir iz qoyar ömürün boyunca. Yalnız qalarkən belə gözlərini yumduqda o gözəllik sənə yeni bir güc verər.

Bu gün sən mənim öz dünyamsan. Elə bir həyatsan ki, gülləri heç vaxt solmaz, ağaclarında quşları ən gözəl nəğmələri söyləyər. Hər tərəfində dostluq, birlik var. Dağlarındakı qarlar belə üşütməz qəlbimi. Ulduzları işıq saçar qaranlıq yollarıma.
Mən səninlə xoşbəxtəm
Mənim sevgim baxışlarından doymamaqdır. Gülümsəməsi üçün nəfəs almadan xatirələrdən danışmaqdır. Sevmək sadəcə "səni sevirəm" demək deyil. Sevmək sən danışmadan onun səni baxışlarından anlamasıdır. Bəzən sırf o səni qucaqlasın deyə üşümək istəməkdir. Sevmək bir nöqtədə cəmləməkdir bütün unuda bilmədiklərini. Sevgin mənim ruhumdadır heç nə yox edə bilməz onu. Deyirlər ki, sevgilini ancaq ölüm ayıra bilər, mən belə düşünməzdim ölüm bəlkə də sevib sevmədiyini yoxlamaq üçün bir sınağındır. Əgər həqiqətən də sevmisənsə ölümə belə sevginin məğlub edilməz olduğunu sübut edərsən...

Batan ayın dəniz dalğalarına saldığı möhtəşəm mənzərəyə iki sevgilidən gözəl nə yaraşa bilər ki. Dəniz sahilinə sevgi izlərini kim salmaq istəməz ki. Qumdan xəyalındakı evi qurmaq ən gözəl uşaqlıqdır bəlkə də. Hər zaman əllərimi tut, tənhalıqdan çox qorxtuğumu bilirsən. Ayrılıqda danışarkən hər zamankı kimi əllərinlə tut dodaqlarımı. "Heç vaxt ayrılmayaq, sevgilim" de və uzun-uzun bax gülən gözlərinlə...
Mən səninlə xoşbəxtəm
Sevin və sevilin ki, həyatın uğurunu qazanmış olasınız. Və bir ömür boyu "Mən səninlə xoşbəxtəm" deyə biləcəyiniz birisi tutsun əllərinizdən. Sevin ki, ağlarkən göz yaşlarınızın tökülə biləcəyi bir ovuc olsun. Sevin ki, tənhalığınızı onun çiyinləri yox etsin. Sevin ki, qırılmaz zəncirləri birgə tutduğunuz əllər qırsın. Sevin ki, dünyanın ən zəngin insanı olasınız...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.