Pis dost haqqında hədislər

02 Ağustos 2015
5 459
0
Pis dost haqqında hədislər
Pis dost haqqında hədislər
196. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah dostlarının barəsində nalayiq danışan bir şəxsin yanında otursa, şübhəsiz Allah-Təalaya qarşı günah etmişdir”. (Kafi 2/ 379)
Pis dost haqqında hədislər
197. İmam Sadiq (ə) buyurur: “Kaş bir şəxsin günah etməsindən xəbərdar olduqda onun yanına gedib deyəsiniz: Ey filankəs, ya bu günahdan, ya da məndən əl çək. Əgər sənin sözlətinə qulaq asmasa, ondan ayrılın”. (Vəsailuş-şiə 16/ 146)
Pis dost haqqında hədislər
198. Məhəmməd ibni Müslim İmam Sadiq (ə), o da öz atasından belə rəvayət edib: Atam Əli ibni Hüseyn (ə) mənə dedi: “Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.” İmam Baqir (ə) soruşdu: “Atacan, onlar kimlərdir, buyurdu: 1. Yalançılarla yoldaşlıq etmə, çünki, onlar ilğım kimidir, yaxın uzaq, uzağı isə yaxın göstərər. 2. Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar. 3. Paxılllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər. 4. Axmaq şəxlərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər. 5. Qohum-əqrabası ilə əlaqələrinin kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lənətlənmiş gördüm”. (Kafi 2/ 641)
Pis dost haqqında hədislər
199. İmam Əmirəl-mö’minin Əli əleyhissalam buyurur: “Ey Kumeyl, hər bir halda haqqı de və müttəqiləri, pəhrizkarları sev, fasiq (günahkar və nadürüst) adamlardan uzaq ol, münafiqlərlə yoldaşlıq etmə, xainlərlə bir yerdə oturub-durma”. (Mustədrəkul-vəsail /12/197.)
Pis dost haqqında hədislər
200. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Hər kəs öz mömin və dindar qardaşının bir dünya qəm-qüssəsini aradan qaldırsa, Allah-Təala da o şəxsin qiyamət qəm-qüssəsindən birini aradan aparar”. (Şəhabul-əxbar 12/ 197)

201. İmam Hüseyn (ə) buyurur: “
Həqiqətən insanların sizə olan ehtiyacı Allah-Təalanın sizə əta etdiyi nemətlərdir. Belə isə bu nemetlərdən yorulmayın (ehtiyacı olanların ehtiyacını təmin edin)”. (Biharul-ənvar 74/ 318)

202. İmam Əmirəl-möminin Əli (ə) buyurur:
“Sizlərdən bir şəxs, müsəlman qardaşının çətinliyə düşdüyünü bilsə, dərhal onu həll etsin və macal verməsin ki, o, öz istəyini dilinə gətirsin”. (Biharul-ənvar 74/ 166)
Pis dost haqqında hədislər
203. İmam Sadiq (ə) öz babalarından və onlar da Rəsuli-Əkrəm (s.a.a.) belə nəql edir ki, Həzrət buyurmuşdur: “Hər kəs mömin bir şəxsi aclıqdan qurtarıb ona təam versə, Allah-Təala ona cənnət meyvələrindən əta edər. Hər kəs bir şəxsin çılpaqlığını libas ilə örtsə, Allah-Təala onu istəbrəq və ipəklə geyindirər. Hər kəs susuz şəxsə bir içim su versə, Alla-Təala rəhiqi-məxtum ilə onu sirab edər. Hər kəs bir möminə kömək etsə və ya onun çətinliklərinə kömək edib aradan qaldırsa, Allah onu qiyamət günü Öz ərşinin kölgəsində qərar verər”. (Biharul-ənvar 74/ 382)
Pis dost haqqında hədislər
204. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayandır”. (Kafi 2/ 164)

205. Rəsuli-Əkrəm (s.a.a.) buyurur:
“Hər kəs bir möminə kömək etsə, Allah onu yetmiş üç çətinliyini aradan qaldırar. Onlardan biri dünyada, yerdə qalan yetmiş ikisi isə böyük çətinliklər günündədir. Sonra buyurdu: Hər kəs yalnız öz halına məhcul olan zaman (yəni hər kəs öz əməllinin giriftarı olduğu qiyamət günü)”. (Kafi 2/ 199)
Pis dost haqqında hədislər
206. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Hər kəsin müsəlman qardaşı ona müraciət etsə (yəni ondan borc istəsə) amma o borc verməsə Allah-Təala ehsan sahibinə mükafat verdiyi bir gündə onu cənnətdən məhrum edər”. (Biharul-ənvar 76/ 369)

207. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Hər kəsin müsəlman qardaşı borc almaq üçün ona müraciət etsə və o da borc verməsə, Allah-Təala qiyamət günü ehsan sahiblərinə mükafat verərkən onu cənnətdən məhrum edər”. (Biharul-ənvar 76/ 367)

208. Rəsuli-Əkrəm (s.a.a.) buyurur:
“Alimlərdən soruşun, hikmət sahibləri ilə həm söhbət olun və fəqirlərlə oturub-durun”. (Tuhəful-uqul 34)
Pis dost haqqında hədislər
209. İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Mal-dövlətin, sərvətin aradan getməsinin səbəbi möhtaclara etinasız yanaşmaqdadır”. (Ğurərul-hikəm 4/ 190)
Pis dost haqqında hədislər
210. Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Merac gecəsində Allah-Təaladan xitab gəldi: “Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın onlara öz yanınızda yer verin ki, Mən də sizə yaxın olum”. (Əl-həyat 2/ 51)
Pis dost haqqında hədislər
211. İmam Sadiq (ə) buyurur: “Hər kəs ac bir möminə doyunca yemək versə, aləmlərin Rəbbi Allahdan başqa heç kəs, hətta məxluqat içərisində müqərrəb mələk və mürsəl nəbi də onun əcr və savabını bilməz. (Sonra buyurdu): Günahların bağışlanma səbəbindən biri də ac müsəlmana təam verməkdir. (Daha sonra bu ayəni tilavət etdi:) “...Yaxud öz qohumlarından olan yetimə və ya qəhətçilik və aclıq günündə ağır vəziyyətdə olan miskinə təam verən...” (ki, hər biri bir növ bağışlanma səbəbidir.) (Kafi 2/ 201)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.