Qadınlar ən çox hansı havada intihar edirlər?

16 Eylül 2014
2 648
0
Qadınlar ən çox hansı havada intihar edirlər?
Qadınlar ən çox hansı havada intihar edirlər?


Zərif cinsin nümayəndələrinin intihar qərarları hava şəraitindən asılıdır. Feat.Az Rusiya mətbuatına istinadən bildirir ki, amerikalı alimlər 1970-ci ildən 2010-cu ilə qədər Avstriyada intihar etmiş 70 min qadının məlumatını araşdırdıqdan sonra belə qərara gəliblər.

Məlum olub ki, qadınlar açıq havada intihara daha az meylli olurlar. Bu qanunauyğunluq bütün yaşdan olan qadınlara şamil edilir. Müşahidələr göstərib ki, günəşli günlər bir neçə gün davam edəndə intiharların sayı da azalıb.

"İsti hava və təbii işıq insanda pozitiv enerji yaradır və axmaq fikirləri başdan atır. Ola bilsin ki, bu D vitamini ilə bağlıdır, ancaq bu barədə, hələ ki, dəqiq bir şey deyə bilmirik", - tədqiqatçılar qeyd ediblər.

Kişilərin isə psixoloji vəziyyəti hava şəraitindən az asılı olub. Həyatı ilə haqq-hesab çəkmək fikrinə düşənlər hava şəraitinə fikir vermirlər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.