Qulağınız cingildəyir? - SƏBƏBLƏR

20 Aralık 2015
1 422
1
Qulağınız cingildəyir? - SƏBƏBLƏR
Qulağınız cingildəyir? - SƏBƏBLƏR

Qulağınız cingildəyir? - SƏBƏBLƏR

İnsanlar arasında qulaqcıqlardan istifadə
edənlərin sayı günü-gündən artır. Xüsusilə də
gənclər bu sevimli əşyaya daha çox meyl
göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə
səs-küydən yaxa qurtarmaq istəyənlər ən real
çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai
nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə
qulaqcıqlardan istifadə edənlərə tez-tez rast
gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki,
qulaqcıq vasitəsi ilə qulaq asılan musiqini
kənardan da eşitmək mümkün olur. Belə bir
vəziyyətdə isə bu sevimli əşyanı qulaqcıq deyil,
qulağın içindəki bomba adlandırmaq daha düzgün
olardı.
Qulaqcıqdan düzgün istifadə etməmək sağlamlıq
üçün kifayət qədər ciddi təhlükələr yaradır. Bu
təhlükələr nədən ibarətdir?


Mütəxəssislərin məsləhətlərini diqqətinizə
çatdırıq:


Hazırda satışda texniki normalara cavab
verməyən və istehsal mənbəyi bilinməyən bir çox
qulaqcıqlar satılır ki, onlardan istifadə etmək
birmənalı şəkildə düzgün deyil. Müqayisəli şəkildə
aydınlıq gətirmək üçün bu təxminən keyfiyyətsiz
bir qida məhsulunu almaq kimi bir şeydir. Məhz
belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün
ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun
nəticəsində də həmin qulaqcıqlardan istifadə
zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir
göstərir.


Bir çox qulaqcıqları qulaq kanalına qədər taxmaq
mümkündür. Əgər belə qulaqçıqlardan istifadə
zamanı səs güclü olarsa bu qulaq pərdəsinin
zədələnməsinə səbəb ola bilər.
Nəzərə alsaq ki, səs gücünün insan üçün son
yolverilən həddi 80 desibeldirsə və biz qulaqcıq
vasitəsi ilə musiqiyə qulaq asanda qulaqcığın
imkan verdiyi 105-120 desibel gücündə səsi qəbul
ediriksə qulağımızda nələrin baş verdiyini
təsəvvür etmək bir o qədər də çətin deyil.
Məlumat üçün qeyd edək ki, adi insan danışanda
səsin gücü 30 desibel, qışqırdıqda 60 desibelə
bərabər olur.


Qulaqcıq vasitəsi ilə qəbul etdiyimiz səs daha
güclü olduqca qulağa təzyiq daha da artır, son
nəticədə isə qulaq pərdəsi deformasiyaya uğrayır
və hətta qulaqda qanaxmaya səbəb olur. Ancaq
məsələ təkcə bununla bitmir. Bütün bu mənfi
təsirlərlə yanaşı sinir sistemi də təzyiqə məruz
qalır ki, bu da əsəbilik və yorğunluqla nəticələnir.
Qulaqcıqların insan üçün yaratdığı digər bir
təhlükə ətrafdakı baş verən hadisələrdən tam
təcrid olunmasıdır. Küçə ilə yol gedən bir insan öz
qulaqcıqlarına qapanıbsa o hər an təhlükə ilə üz-
üzə qala bilər. Çünki qulağındakı səsin gücü onu
başqa səslərin eşitməsinə imkan vermir. Hətta
maşınların siqnal səsinə belə.


Mütəxəssislərin gəldikləri son qənaətlərə görə
qulaqcıqlardan uzun müddət istifadə daxili
gərginlik yaradır ki, bu da qan təzyiqinin
yüksəlməsinə və baş ağrılarına səbəb olur.
Qulaqcıqlardan uzun müddətli istifadənin insan
psixikasına mənfi təsiri də aşkarlanıb. Təcrübələr
göstərir ki, uzun müddət qulaqcıq vasitəsi ilə
müsiqiyə qulaq asan insanlarda özünəqapanma,
psixi pozğunluq, emosional gərginlik müşahidə
olunur.


Musiqinin insan ovqatına xoş təsir göstərməsi
faktdır. Yeri gələndə bunun üçün qulaqcıqlardan
da istifadə etmək olar. Ancaq ən adi qaydalara
riayət etmək şərtilə. Sutka ərzində 50-60 dəqiqə
qulaqcıqdan istsfadə etmək sağlamlıq üçün heç
bir təhlükə yaratmır. Qulaqcıqdan istifadə zamanı
onun səs gücünün 50 faizi ilə kifayətlənmək
lazımdır.


Təbii olaraq ortaya belə bir sual çıxır ki,
qulaqcıqların imkan verdiyi güclü səs sağlamlıq
üçün ziyandırsa nəyə görə onun satışına və
istifadəsinə icazə verilir? Bu sualın cavabı isə
olduqca sadədir. Satışda insan sağlamlığı üçünu
təhlükə yaradan bir çox şeylər satılır. Məsələn
alkoqollu içkilər, tütün məmulatlar və s. Ancaq
insanı bunları almağa heç kim məcbur etmir.
Çünki seçim insanın öz ixtiyarındadır.
Sağlamlığının qayğısına qalanlar isə öz seçimində
heç vaxt yanılmırlar. Çalışın siz də
yanılmayasınız.


Qulağınız cingildəyir? - SƏBƏBLƏR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 20 Aralık 2015 13:47
    -Ayy bəzən oluree məndə çox təşəkkürlər xəbər üçün..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.