Qulaqcıq həvəskarları, sağlamlığınız təhlükədədi!

14 Eylül 2014
2 253
0
Qulaqcıq həvəskarları, sağlamlığınız təhlükədədi!
Qulaqcıq həvəskarları, sağlamlığınız təhlükədədi!


Alimlər xəbərdarlıq edir ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır.

Müasir gənclər musiqiyə qulaqcıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi karlığa səbəb ola biləcək bir amildir. Və o gün gəlir ki, sən öz qulaqlarına “tıxac”…….yəni qulaq aparatı taxmağa məcbur qalırsan. Qulaqcıqların ziyanı nələrdir?

Qulaqcıqlar gənclərin gündəlik həyatının ayrılmaz bir atributuna çevrilmişdir.. Təbii ki, insana necə rahatdı – kiçik, kompakt bir şeyi hər zaman üstündə gəzdirmək. İdman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda – qulağında xoş bir musiqi ilə gəzmək….Bəli biz bununla çox qarşılaşmışıq. Lakin qulağında "bağıran” bir şey olan insanla ünsiyyət və bir otaqda olmaq bu nə dərəcədə düzgündür?

Hər şeyi aydın görmək üçün küçəyə çıxmaq kifayətdir: “5 dəqiqəlik gəzintidə mən 10 cavanla rastlaşdım. Onlardan 3-ü sanki özündə deyilmiş, gözləri qızarmış halda idi. Və belə qənaətə gəldim ki, artıq bu günümüzdə xoş görünüşlü kişi və qadınlara rast gəlmək çətin məsələdi”-deyə bir ekspert öz açıqlamasında bildirib.

Statistikalar göstərir ki, Rusiyada “karlaşma”həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra görülürdüsə, artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkir.

Qulaqlarınızı qoruyun

Nə etmək lazımdır ki, belə erkən yaşda qulaqlarımızı itirməyək. Budur, sizlərə bir neçə məsləhətimiz var:

– Adi qulaqcıqlarla maksimum səviyyədən biraz aşağı səslə musiqiyə qulaq asmaq zərərsizdir. Lakin bu o demək deyil ki, günün bütün saatı həmin qulaqcıq sizin qulağınzda olmalıdır.

– Ətrafdakı səsi batırmaq üçün qulaqcığa çox səs verməyin.

– Qulağınıza istirahət verin

– Siqareti atın: Uzunmüddətli səsdən sonra siqaret kar-olmanı 2 dəfə çox artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.