Allaha Doğru

21 Şubat 2016
4 107
2
Allaha Doğru
Allaha Doğru

Allaha Doğru

ALLAHA DOĞRU

Hikmətli bir şəxs yoldan keçərkən bir qrup insanın günahkar bir gənci məntəqədən çıxardığına və bir qadının kənardan baxıb ağladığına şahid olur. Həmin şəxs bu qadının kimliyini soruşur. Bildirirlər ki, bu qadın həmin günahkar gəncin anasıdır. O xahiş edir ki, günahkar gənci bu dəfə bağışlasınlar.
Bir müddət sonra həmin yerdən keçən hikmətli şəxs nalə səsi eşidir. Zənn edir ki, yəqin həmin oğlanı yenə də qovublar və anası ağlayır. Səs gələn qapını döyür və oğlu haqqında soruşur. Ana belə cavab verir: “Oğlum dünyasını dəyişdi. Can verdiyi zaman dedi ki, ana can, qonşuları çox incitmişəm, istəmirəm ki, mənim dəfnimdə iştirak etsinlər. Ölümümü onlara xəbər vermə. Məni özün dəfn et. Üzərində “bismillahir-rəhmanir-rəhim” yazılmış bu üzüyü mənimlə dəfn et. Qəbrimin yanında durub, Allahdan məni bağışlamasını istə... «Oğlumun bu vəsiyyətlərinə əməl etdim. Sonra mənə əyan oldu ki, oğlum belə deyir: “Ana can, narahat olma. Mən Kərim Allahın hüzurundayam.»

TÖVBƏ ARDINCA TÖVBƏ

Əttar “Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: “Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”

AZĞININ DUASINA CAVAB

Eyni mənbədə başqa bir rəvayətdə nəql olunur:
Bir gecə «Sidrətül-müntəha»da olan Ruhul-Əmin Allahın “ləbbeyk” nidasını eşidir. O, Allahın cavab verdiyi şəxsi tanımaq istəsə də göydə və yerdə bir kəsi tapa bilmir. Nə qədər axtarırsa, layiqli bir bəndə görə bilməyib, belə ərz edir: “İlahi! Məni cavab verdiyin bəndəyə yönəlt.” Xitab olunur ki, Rum torpağına nəzər sal. İntizarda olan mələk nəzər salıb görür ki, bir bütpərəst öz bütünü çağırır. Ruhul-Əmin, yə`ni mələk Cəbrayıl (ə) gördüyü mənzərədən heyrətə gəlib Allaha ərz edir: “İlahi, qarşımdan hicabı qaldır. Necə ola bilər ki, bütü çağıran bütpərəstə cavab verirsən?” Xitab olunur: “Bəndəmin qəlbi qaraldığından doğru yolu itirib. Amma çağırışındakı səmimiyyət o qədər xoş oldu ki, ona “ləbbeyk”deyə cavab verdim. Bu cavab onun doğru yolu tapıb Mənə üz tutmasına səbəb oldu.”

Allaha Doğru
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox gozel meqaledir.ALLAH Razi olsun ellerine sagliq baci
  2. alara
    • alara
    • 21 Şubat 2016 12:43
    elerine saqliq cox qeseng olub
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.