Məktub

22 Şubat 2016
1 713
1
Məktub
Məktub

Məktub

MəktubSizə yazıram Ana, narahat olmayın, yaxşıyam mən. Biraz səhərlər durmaqda çətinlik çəkirəm, nişanlımla da danışa bilmirəm. Ana buralarda telefon xətti yoxdur. Məktubumun arasında ikinci bir məktub daha var, onuda nişanlıma verərsən Ana. Gecələri üstümü örtməyin üçün darıxmışam Ana. Bunu səndən gizlədə bilmərəm, amma biraz deyəsən xəstələnmişəm. Heç narahat olma, sən öyrətdiyin kimi edib sağalacam Ana. Bilirsən onsuz nə olacaq, söz verdiyim kimi Amal və İsmayıldan başqa bu gün olanları heç kimə deməmişəm. İnan, onlarda mənə gülüb "Bəsdi sən Allah"-: söylədilər. Unutmamışam, Atamın mən doğularkən qulağıma "Səni bu vətənə şəhid vermişəm"- sözlərini... Nə isə Ana, vərəqim dolur, burdakı köşkdən aldıqım Qələm isə artıq bitir. Allaha əmanət ol. Qırışlı əllərindən öpdüyüm Anam. Vaxtı gəlib çatıb Ata, düzdü, səndən yazmadım. Bu sonuncu gecəmdə üzülmə, dualarım səninlədi. Gözlərinə qurban olduğum Anam, nişanlımında bir başqasıyla evlənməyə məcbur et. Bilirəm sənin sözüvü iki etməyən Qara Saçlı Qadın bu dəfə edəcək, amma bunu mənim söylədiyimi söylə, o mənim sözümdən heç vaxt çıxmaz. Mən getdim, düz demişdin "Bir oğlum olsa, onuda bu vətənə qurban verərəm" həmin övladın mənəm Ana. Əlvida....

Məktub
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    hansi valideyin isteyerki ovladini itirsin..ne bilim vALLAH..cox sag olun paylaşim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.