Mən

27 Şubat 2016
1 162
2
Mən
Mən

Mən

Bugün yuxudan tez durdum, isti yatağımda səni düşünməkdənsə, bir kitabla sənə xəyanət etməyi seçdim.
Bir fincan qəhvə sənin gedişinin üstünə içilən ən gözəl içki, kitabımın yanında məni müşayiət etdi. Hər gün yeni qərar verib, bugünü pozan sənin haqqında düşüncələrim bir ifadəni mənə xatırlatdı "həmişə dualarımda olacan"... Niyə ? Gedişinin günah olub,duanla yuyacan xəyanətini ?

"Duada var olan, qəlbdə əsir olar, sevgili".
Hər sevgi qarşılıq gözləməz. Bəzi sevgilər səndə doğular, sənlə qəbrə gedər.
Mən, çarəsiz Leyli deyiləm, nə də ki, hansısa nağıldan gəlmə Şəhzadə!
Mən, sevməyi sənlə öyrənib, səndə yaşayan, sənlə nəfəs alan, bir acizəm
Mən , səni yaradana səndən öncə aşiq olan, sevgiliyəm!
Mən, bugün günəşin doğuşunu sənin gözlərinlə baxıb, gecənin hökmünə səni verənəm.
Mən, öz cəlladını xilaskar görən, bəndəyəm
Mən, kasıbın qışdan qorxduğu kimi, səni unutmağa qorxan,dilənçiyəm
Və mən! Səni səndən alan, kölgənin özüyəm!

Mən

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 27 Şubat 2016 21:29
    mende coxz beyendim heqiqetende cox maraqlidir qelbi sizildadan sozlerdir MƏN OZ CƏLADINI XİLASKAR GORƏN BƏNDƏYƏM hələ bu soz mənim ucun cox dıyırlidir
  2. allah bendesi
    cox beyendim meqaleni ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.