Əxlaq

02 Mart 2016
1 269
2
Əxlaq
Əxlaq

Əxlaq

Kafedə əyləşib deyib gülə-gülə söhbətləşən bax bu
xoşbəxt cütlük ər-arvaddılar, yəqin verdikləri
sifarişin hazır olmasını gözləyirlər.
Qadın... sanki
Tanrı onu yaradarkən bütün diqqət və qüdrətini
səfərbər edib - olduqca gözəldir, təravətlidir,
xoşdur. Kişi... ortabab bir kişidir, yaxından
baxanda məlum olur ki, hətta fiziki qüsurludur.
Yan masadakı əyləşən əclafın ağzının suyunu
axıdansa qadının gözəlliyindən də çox bu cütlüyün
nabərabər olduğunu düşünməsidir; sanır ki, belə
bir gözəl qadın qarşısındakı fiziki qüsurlunu deyil,
məhz onu – şümşad qamətli, enli kürəkli, nə bilim,
bəbir biləkli kişini haqq edir. Ş
ou başlayır, o özünü
qadının gözünə soxmaq üçün minbir centlmenlik
oyunları çıxarır, əlli cür hoqqabazlıq edir; siqareti
siqarete calayır, əllərini saçlarına daraq edir, guya
ki, eşq dərdinə düşüb, ofisiantla hökmlü danışır,
çağırıb musiqini dəyişditdirir... hər nə edirsə olmur,
lənətə gəlsin, qadın ona tərəf baxmır belə. Niyə,
bilirsiz?
Bayaqdan kişinin bütün bu canfəşanlıqlarnı (bir az
da məzəylə) izləyən arıq cüssəli ofisiant nəhayət
ona yaxınlaşıb qorxa-qorxa qulağına pıçıldayır:
“Qadın kordu”.

İndi siz bu əclafın düşdüyü halı təsəvvür edin də;
qızarır, bozarır, düşdüyü vəziyyətə görə
günahlandırmağa bir şey, bir kəs axtarır. Stulun
başından pencəyini qapıb masaya bir təpik,
kafedən çıxır. Əslində isə qadın kor deyil, sadəcə
aşiq idi və ofisiant məhz eşq korluğunu nəzərdə
tutmuşdu.
“Əslində isə” dən sonranı belə də yazmaq olar:
əslində isə qadın kor deyil, sadəcə tox idi – gözü
tox!

Belə də yazmaq olar: əslində isə qadın kor deyil,
sadəcə sədaqətli idi; belə də yazmaq olar: əslində
isə qadın kor deyil, əsl qadın idi. “gözütoxluğun”
üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, bu
təkcə qadın-kişi münasibətində deyil, həyatın
bütün istiqamətlərində insanı insan edən ən ali
əxlaqdır.


Əxlaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Gözel yazılıb. Heqiqeten insanı insan eden en ali exlaqdır.Exlaqı olmuyanın ele bilin ki heçneyi yoxdu. Bu hem kişiye aiddi, hem qadına. Bu yazı o qədər ibretamizdi ki,kaş çoxları oxusa da bir netice çıxarsalar, bizim zemanemizdeki insanların ehtiyacı çoxdu bu cür ibretamiz yazılara. Sadeqetsizlik,exlaq pozğunluğu o qeder insanlarda var ki,dehşete gelir lap.Exlaq pozğunluğu tek o deyil zina etsin insan, adice danışıq terzinde, baxışda, oturuşda duruşda ve.s olanlarda buna aiddi. Allah bizlerin exlaqını saflaşdırsın.Amin
  2. allah bendesi
    cox gozel meqaledir bir terefdende gercekler var xeberde..cox sag olun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.