" Kiməm mən?"

11 Mart 2016
1 338
1
" Kiməm mən?"
" Kiməm mən?"

" Kiməm mən?"


- Tamam ayrı səhərlə oyandım bu gün. İki yanımı
birdən hiss edə bilirdim.
Şəhərdə heçnə
dəyişməmiş, çox təəccüblü gəldi mənə.
Maraqlıdır, kimdir bu acıdan yazan, kimdir bu
qədər insanı aldadan? Hər şey yaxşıdır, sadəcə
təşfiş salmaq üçün bu "ağrı" adlanan sözü dilə
çox gətirir, bir qurup kütlə. Yaşamaq çətin deyil,
çətin olan, ruhunla bədəninin ayrı-ayrı yerlərdə
olmasıdır. Çətin olan, günəşin, gecələrdə
doğmasıdır.

- Bu gün, bitirdiyim məktəbin önündən keçərkən,
tək məktəbi deyil, bir sürü gülüşlərlə dolu dəsti-
xəttimi, məzun olduğumda, tərk etdiyimin fərqinə
vardım. Deyirlər, hər vaxtın öz xatirəsi var,
tamamı ilə doğrudur. Sırf yaşadığın xatirədən
söhbət gedirsə, bu " doğulduğun gündən, 17 yaşa
qədər olan dövrü" əhatə edir deməkdir.
Problemdən yaranılmıyan xoşbəxtlik, uşaqlıq
illərində yaşanılır yalnız.
- İndi xəyallar, ayrı yolların qovşağında tikilir.

Külək bir xoş əsintisi ilə, meyxoş edər balaca
ruhlu bədəni. Beyin düşünmə sistemini dəyişər.
Gördükcə, oxuduqca, kəşf etdikcə tüxtələşərsən.
Tanınımış nağılların, əsil forması qədər acıdır
həqiqət.
- Bəzən bir sual cinayət olar, bəzən susarsan
cavab əvəzinə. Gəcələr qəribəliyini, günəş
istiliyini qoruyub saxlar, insanlar isə qaçırar.

Ruhumun sol tərəfi, çəftə ilə möhkəm bağlanmış.
İstəməz! Əl vurma, xoşdur böylə olmaq, ruhum ən
azı, öldükdən sonra ayrılmaq hissini dadacaq.
- Bir neçə hissdən toplanmış, tünd qoxulu yazım,
çox qəmgin qoxur.Daha nə etsəmdə, nə
yazsamda, dünənlər kimi qalmaz dadı.
Hər şey öz
ətrin itirir, durdurmaq lazımdır zamanı.Kəndirdən
aslı vəziyyətdə, son istəyimi sorsalar, son
baharda, son çiçəyin,son qoxusunu içimə çəkmək
olardı.
- Hər zaman bir sualın cavabını bilmək
istəmişəm.

- Görəsən o dünyada adım nə olmuş?
- Kiməm mən, ən azından biri olmuşdum,
doğulmadan öncə?
- ....
- Kiməm mən?
- Kimsə...


" Kiməm mən?"



- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    beyendim ellerinize sagliq(( teshekkur paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.