Təsbehin faydaları...

23 Aralık 2014
1 552
0
Təsbehin faydaları...
Təsbehin faydaları...


Çoxdan məlumdur ki, əl barmaqlarının uclarındakı sinir ucları bilavasitə beyin mərkəzinin fəaliyyəti ilə bağlıdır və bu mərkəzlərin stimulyasiyası bir çox pataloji vəziyyət zamanı faydalıdır. Əsrlərdir ki, bir çox xalqlar təsbeh çevirmək kimi psixoterapevtik üsul ilə bir çox xəstəlikləri sağaldıblar. Təsbehi müxtəlif barmaqlarla çevirməklə həyat fəaliyyətinin müxtəlif tərəflərinə təsir göstərmək, emosional vəziyyətini və fizioloji funksiyaları korreksiya etmək olar.

* Baş barmağınızla birlikdə şəhadət barmağınız da işləyirsə, bu zaman baş ağrısını aradan qaldıra, çətinləşmiş tənnəfüsü qaydaya sala bilərsiniz.
* Orta barmaq işlədikdə qəzəbi və ya depressiyanı aradan qaldırmaq mümkündür.
* Adsız barmaq ilə təsbeh çevirmək orqanizmin maqnit qasırğalarına və təyziq dəyişkənliyinə davamını artırır.
* Təsbehi çevirmədən, eləcə yumruqda sıxmaqla ovucun nahamar səthinə təsir göstərir. Bununla da bütün daxili orqanların işini normaya salmaq olar.

Bu şəfalı xüsusiyyətlərdən bəhrələnmək üçün dekorativ daşlardan yığılmış muncuq sapı da təsbehi əvəz edə bilər. Bu zaman bu və ya digər mineralların insan orqanizminə təsiri bir qədər də artır.



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.