Bütün dünya bu uşaqlardan danışır- VİDEO

04 Eylül 2015
1 524
7
Bütün dünya bu uşaqlardan danışır- VİDEO
Bütün dünya bu uşaqlardan danışır- VİDEO
Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.

Dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsusdur.


Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində sahilə çıxan meyitlər yaddaşlardan uzun müddət silinməyəcək. Uşaqların acınacaqlı taleyinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

G20 konfransının açılışında çıxış edən Ərdoğan acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcəkmi deyə dünyaya sual ünvanlayıb.

Ötən gecə dənizdə batan 2 qayıqda 5 nəfəri uşaq olmaqla 12 suriyalı həyatını itirib. Qəza nəticəsində batan 2 nəfərin meyitini hələ də tapmaq mümkün olmayıb.

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar.


Avropaya miqrant axının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Rahat həyat arzusu ilə yola çıxan minlərlə miqrant dənizdə bataraq həyatını itirirlər.

RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 12:16
    daha öncə görmüşşdüm ürəyim ağrıyır çox üzülmüşdüm.
  2. Lami95
    daha evvel gormusdum cox pis olmusdum :(
  3. Ona mexsuz
    Ayda lap pis oldum adamin ureyi agriyirlap. ALLAH rehmet etsin((((((
  4. Dear..
    -İlk dəfə şəkilləri görəndə qanım dondu belə şeylə çox təsir edir mənə.Çox çətindi həqiqətəndə..ALLAH köməkləri olsun..
  5. BaBY..
    `` ~ Ayda bütün müsəlmanları qırdılar batırdılaree yazıq balaca nə günahı var onunnee ALLAH HAMISINA RƏHMƏT ELƏSİN !
  6. allah bendesi
    urek agridir vALLAH soz tapmiram yazmaga ALLAH Rehmet etsin inwALLAH
  7. CHLOE
    • CHLOE
    • 4 Eylül 2015 14:15
    ALLAH REHMET ETSIN ACINACAGLI XEBER IDI PAYLASIMA GORE SAG OL
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.