Damla şokoladla alma keksi

10 Kasım 2015
1 244
1
Damla şokoladla alma keksi
Damla şokoladla alma keksi

Damla şokoladla alma keksi

Tərkibi:

3 yumurta
1 st. şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
2/3 st. bitki yağı
2 st. un
1,5 ç.q. qabartma tozu
3 alma
50 q damla şokolad (yoxdursa, adi şokoladı xırda doğrayın)

Almaları yuyub soyun, xırda doğrayın.

Yumurtaları şəkər tozu və vanillə çalın. Bitki yağı əlavə edib eynicinsli olanadək qarışdırın.

Unu qabartma tozu ilə qarışdırıb yumurtalara tədricən əlavə edin.

Xəmir eynicinsli və qatı olmalıdır.

Almanı əlavə edin. Damla şokoladı səpib qarışdırın.

Xəmiri formaya tökün (metal, yaxud şüşə formanı əvvəlcədən kərə yağı ilə yağlayın, silikon formanı isə azacıq isladın). 190 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Hazır olmasını çöplə yoxlayın.
Bişmiş keksi formala soyudun, sonra şəbəkənin üzərinə tərs çevirin, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!


Damla şokoladla alma keksi
Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Dadlı və sadə görünür təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.