Qışda Gürcüstana getmək üçün 7 səbəb

08 Aralık 2015
2 848
1
Qışda Gürcüstana getmək üçün 7 səbəb
Qışda Gürcüstana getmək üçün 7 səbəb

Qışda Gürcüstana getmək üçün 7 səbəb

Gürcüstan bütün ilboyu tətil etmək üçün ideal yer olsa da, biz adətən bu ölkəyə yayda getməyi üstün tuturuq. Qışda getmək dedikdə isə, ağlımıza ancaq qarlı dağların qoynuna istirahət gəlir. Düşündük ki, bu stereotipləri qırmaq vaxtıdır. Sizə bu gözəl ölkəyə qışda getmək üçün

7 səbəbi təqdim edirik:

1. Qarlı dağların görüntüsündən həzz almaq.

İlin istənilən vaxtında Gürcüstan həmin fəslə uyğun olaraq xüsusi gözəlliyə sahib olur. Lakin mütləq heç olmasa bir dəfə qışda bu ölkəyə getməli və ağ qarla örtülü dağların görüntüsündən həzz almalısınız.


Qışda Gürcüstana getmək üçün 7 səbəb

2. Gürcüstanda qış kurortu çox yaxşı inkişaf edib.


Qudauri kimi məşhur qış istirahət mərkəzi olan kurortdan əlavə, siz Bakuriani və Mestia’ya da gedə bilərsiniz. Bu yerlər qış kurortunu sevənlər üçün ideal hesab edilə bilər. Qar idman növləriylə məşğul olmaq üçün lazım olan hər şeylə təmin edilmiş bu kurortlarda istirahətiniz unudulmaz ola bilər.

Qışda Gürcüstana getmək üçün 7 səbəb

3. Gürcüstanda qış mülayim keçir.

Bu ölkədə qış küləkli və dondurucu deyil. Çox az hallarda qışda temperatur sıfırdan aşağı düşür. Sərt qışdan qaçmaq istəyənlər Gürcüstanın mülayim təbiətindən həzz ala bilərlər.

Qışda Gürcüstana getmək üçün 7 səbəb

4. Dağlı qarlara dırmaşmaq.

Hətta bu sahədə təcrübəsi olmayan turistlər də xüsusi piyada marşrutları vasitəsilə qarlı dağlara çıxa bilər. Bundan başqa köhnə kilsə və monastrlara getmək, mineral mənbələrdən yararlanmaq mümkündür.

Qışda Gürcüstana getmək üçün 7 səbəb

5. Batumidə qar görmək.

Batumidə qar görmək hər zaman mümkün deyil, lakin bəxtiniz gətirdiyində, bu görüntüdən doya bilməyəcəksiniz. Qarlı çimərliklər, palmalar, həmişəyaşıl ağaclar və mavi dəniz – bu görüntünü mütləq görmək lazımdır!

Qışda Gürcüstana getmək üçün 7 səbəb

6. Gürcüsayağı Yeni ilin nə demək olduğunu görmək.

Gürcülərin bayramları çox sevdikləri bir çoxumuza məlumdur. Xüsusilə də Yeni ili böyük təntənə ilə qarşılayırlar. Yeni ili bu ölkədə keçirmək istəyənlər Batumi və ya Tbilisiyə gedərək, mükəmməl bayram keçirə bilərlər.

Qışda Gürcüstana getmək üçün 7 səbəb

7. Mükəmməl ləzzətli gürcü mətbəxini dadmaq.

Yay salatları və payız yeməkləri əvəzinə, doyduran qış yeməkləriylə gürcülər sizə barmaqlarınızı yaladacaq.


Qışda Gürcüstana getmək üçün 7 səbəb

Qışda Gürcüstana getmək üçün 7 səbəb

pahoo.az

RƏYLƏR
  1. AgoRa.
    Qiwda 2-3 defe getmiwem yayda cox getmiwem
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.