Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

07 Ocak 2016
1 607
2
Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?
Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

Amerikalı məşhur aktrisa Lena Dunham bir çox yaşıdı kimi artıq Twitter’də yoxdur. Ötən aylarda Re/code Decode‘dan Kara Swisher’a müsahibə verən feminist aktrisa Twitter’dən uzaqlaşma səbəbi olaraq, sosial media platformasının təhlükəsiz və etibarsız olmasını göstərdi.Dunham’ı Twitter’dən bezdirən əsas şey isə əslində troll’larla mübarizə etmək məcburiyyətidir.Gənc aktrisa hələ də Twitter’dən yazmağa davam edir, lakin artıq yazdığı tweet’lərə gələn reaksiyalarla köməkçiləri maraqlanır.

Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

Bəzi insanlar sosial mediayla öz arasında qeyri-sağlam bir asılılıq əlaqəsi qurduğu halda, digərləri buna sadəcə əyləncə kimi baxır.
Tanınmışlar Twitter’dəki mübarizənin sonunda həlli sosial media hesablarının idarəetməsini köməkçilərinə həvalə etməkdə taparkən, bir çox sadə insan çarəni hesablarını bağlamaqda tapır. Başqa sözlə, sosial şəbəkələr təxminən 10 ildir sosial həyatımızı təzyiq altında saxladıqdan sonra, insanlar yavaş-yavaş bu platformaları tərk edir.

Əvvəla bunu unutmamaq lazımdır; Bəzi insanlar sosial mediayla öz arasında qeyri-sağlam bir asılılıq əlaqəsi qurduğu halda, digərləri bunu sadəcə əyləncə üçün istifadə edir. Bu platformalar ilə qurulan sevgi-nifrət əlaqəsi də, çox vaxt sosial medianın öz texnologiyasından deyil, onun necə istifadə edildiyindən və ya istismarından qaynaqlanır. Sosial media inkişaf etdikcə, demək olar ki, hamımız başqalarının həyatını izləmək, sərhədləri aşmaq, paxılllıq hücumlarında olmaq və ya təhdid kimi vərdişlər qazanırıq.

“Online Alison” ləqəbli Ali Segel’in vəziyyəti də eynilə bu şəkildədir. 29 yaşlı yazıçı başqalarını çox izləməyə başladıqda, Facebook hesabını bağladığını, ancaq hər dəfə təkrar açdığını deyir. Bəs onun bu formada ilişib qalmasının səbəbi nədir? Bir çoxumuzda olduğu kimi, Facebook’u peşəkar promosiya üçün münasib bir vasitə kimi görməsi bunun başlıca səbəblərindəndir. Ancaq məsələ təkcə bundan da ibarət deyil. Segel deyir ki, “Eyni zamanda internet asılılığım var. Bir şey hiss edəndə Facebooka, Twitter və ya Instagrama daxil olur və dərhal fikirlərimi bölüşürəm. Hiss etdiyim şeyi yaşamaqdansa, tanımadığım insanlardan gələcək şərhləri gözləyirəm. Bu eqomu bəsləyən mazoxistik bir şeydir, amma mənə özümü çox yaxşı hiss etdirir.”

Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

Reddit’də “Sosial media hesablarını silən insanlar nə hiss edir?” başlığı altında açılan mövzuda bir istifadəçinin şərhi diqqət çəkir: “Sosial medianın həmin ədalət müharibələrində iştirak etməmək insana özünü yaxşı hiss etdirir. Axmaq yazılar, sensasiyalı xəbərlər, iynəli təbliğatlar və ya ağıllı bir söhbətin içində yer almağa çalışanların olmaması özümü daha yetkin kimi hiss etməyimi təmin etdi”.

Facebook hesabını bağlayan digər bir istifadəçi isə, “Dostlarımın səhifəsində gəzinti olmadan və ya onlarla bağlı qəribə şərhləri oxumadan, daha xoşbəxt insan olduğum qətidir. Artıq onların nə qədər mükəmməl həyat yaşadığı, mənimsə nə qədər bədbəxt olduğum şəklindəki lazımsız müqayisələrlə boğuşmaq məcburiyyətində deyiləm,” deyir.

Sosial medianın, xüsusilə də Instagramın insanlara əvvəlcədən hazırlanmış, ideal bir dünya konsepsiyasını təlqin etməsi artıq yeni xəbər deyil. Sosial media eyni zamanda insanları yoran bir şeydir. Dörd il əvvəl Facebook hesabını silən Liz adlı moda dizayneri yaxında Instagram hesabını da siləcəyini deyir.

Sosial media hesablarını silənlərin sayı niyə günbəgün artır?

Yaxşı, bəs gənc nəsil niyə getdikcə sosial mediadan uzaqlaşır? Bunun səbəbi, məxfiliyə duyulan marağın artmasıdır. New York Times’da dərc olunan bir məqaləyə görə, yeni nəsil rəqəmsal dünyada qoyulan ayaq izlərini daha yaxşı dərk edir və öz icazəsi olmadan, başqalarıyla məlumatlarını bölüşmək istəmir.
Növbəti Xəbər
RƏYLƏR
  1. memmedoff
    test ucun test ucun
  2. ALA GOZ
    tesekkurler melumata görə
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.