Sosial mediya (informasiya) “müharibəsini” necə qazana bilərik?

04 Nisan 2016
1 466
1
Sosial mediya (informasiya) “müharibəsini” necə qazana bilərik?
Sosial mediya (informasiya) “müharibəsini” necə qazana bilərik?

Bu gecə STAR TV-də canlı olaraq verilən Okan Bayülgenin məlum verlişində bir nəfər (yazıçı imiş, tanımıram, mən də balerinayam(!), ya da nə bilim, “kosmos şoferi”) bir filmin propaqandasını etdi. Reklam edilən film 1915-ci il (“qondarma erməni soyqırımı”) hadisələri fonunda iki erməni uşaq vasitəsilə “erməni acıtasyonunu” bədii, mədəni, kostyum və qalstuklu formada təqdim etmək məqsədi güdür deyə düşünürəm. Film eyni zamanda erməni əsilli türk ssenarist/rejissorun məhsuludur. Filmi araşdırıb reytinqini artırmayın, demək istədyim başqa bir şeydir.

Ola bilsin ki, bu film çox müsbət məqsədlə çəkilib və hətta türklərlə ermənilərin bir-birini anlaması, yaxınlaşmasına xidmət edir, falan, filan. Tarixi əhəmiyyəti var, ay mədəniyyət və incəsənət incisidir.

Axı 31 Mart Azərbaycanlıların soyqırımının ildönümündən sadəcə bir-iki gün keçib. Eyni zamanda, rəsmi açıqlamaya görə sərhəd bölgəsindəki şiddətli atışmalarda ən azı 12 şəhid vermişik. Və ən nəhayət, sadəcə 3 həftə sonra 24 Aprel – “qondarma erməni soyqırımının” 101-ci ildönümüdür. Hansı ki, reklam olunan film də o hadisələrlə bağlıdır.

Yəni heç yeridirmi “erməni acıtasyon” filminin reklamını belə yüksək reytinqli bir verlişi fürsət bilib barbar bağırmaq? Kimə və nəyə lazımdır bu, ilin günün bu vaxtı?

Mən də dilimin döndüyü qədər Twitter vasitəsilə yazmağa çalışdım, amma maşAllah ki, məndən qabaq Türk qandaşlarımız da etirazlarını bildiribmiş. (Yəni mən elə bir şey etməmişəm, məndən əvvəl də yazıblar) Artıq onların bu tweet-ləri öz effektini verdi. Verlişin reklam fasiləsindən sonra o yazıçı (özü deyir ki, yazıçıdır) Cem Yılmaz demiş “sıvama kısmına” keçdi ki, bəs “mənim o filmi reklam etməyim yanlış anlaşıla bilər, filan, Türkiyə çətin günlərdən keçir, bəs Azərbaycanda yaşananlardan xəbərimiz var, belə filmlər faydalı olar, bu məsələlər anlaşılar, falan, yenə də filan.”

P.S. Tweet-lərdəki hərf və qrammatik səhvləri görməzdən gəlin, tez yazmağa çalışdım

Sosial mediya (informasiya) “müharibəsini” necə qazana bilərik?


Uzun yazdım bilirəm, amma demək istədiyim budur ki, bir az ayıq-sayıq olsaq, yüksək reytinqli canlı proqramları izləyərək bu cür halları düzəltmək və ciddi bir kütləni də olanlarda xəbərdar etmək və ya ən azında az da olsa “google” vasitəsilə kiçik bir araşdırma aparmağa vadar etmək mümkündür.


Sosial şəbəkədə sadəcə öz dilimizdə və bir-birimiz üçün məlumat paylaşmaqdansa, (ki, bu da lazımdır, yaxşıdır…) bəlkə də belə fürsətləri axtarmaq, bu cür səhvlərə qarşı etiraz etmək daha faydalı olar. Açığı rəngli inqilablar və sonrakı dövrlərdə belə Al-Jazeera və digər bu kimi kanalların canlı yayınlarının bu cür məqsədlər üçün nə dərəcədə effektli olduğunun dəfələrlə canlı şahidi olmuşam. İstnabulda olan Gezi hadisələri zamanı da Al-Jazeera canlı yayınları tweet-lərlə fərqli cəbhələrin qarşıdırmasına çox “ev sahibliyi” edib.

Biz – ölkədə və ya ondan kənarda yaşayan vətəndaşlar – bildiyimiz dillərdə (ingilis, rus, fransız, türk, alman və s.) bu cür reytinqli resursları izləyərək, onların yanlış məlumatlarını düzəldərək və ya doğru məlumatları birbaşa ifadə edərək ciddə fayda əldə edə bilərik.

Twitter-də günlük, o anlıq trendlərin də izlənməsində və lazım gəldikdə fikir bildirilməsində fayda olduğunu düşünürəm. Məncə biz sadəcə öz aramızda paylaşım etməkdən və bir-birini bayraqlı şəkil qoyub qoymadığına görə tənqid etməkdən daha faydalı və effektiv işlər görə bilərik. Qalır hərəkət etmək. Necə deyərlər,

“Sosial mediya Sizin öz əlinizdədir,

İşinizdə, gücünüzdə, əməlinizdədir.”

Vətənimi çox sevirəm! Başqa bir Vətənimiz yoxdur!


Tehran Abdurrahimov
Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    CE0000] kecen gun muxbirimiz erdoganin qarshisini aglaya aglaya kesende erdoganin ona qarshi takdiri turk mediyasinda da genish yer almishdi ve orda erdogan bir cumle ishletdiki azerbaycanli muxbir meniden musahibeni aglayaraq istedi bu da onun veteninde olanara nece uzulduyunu gosterir goresen bizde ne vaxtsa oz media muxbirlerimizin gozunde yash goreceyik...oz vetenininde yasananlara bigane yanashan insalar var turkiyede tebii bizede yasanmis olanlara da bigane yanashacaqlar,, Tehran Abdurrahimov sozlerinde haqq var cox sag olsunki gorub bigane yanashmayib hemcini destek cixan turklerde sag olsunlar
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.