Qadın...

01 Temmuz 2015
1 421
0
Qadın...
Qadın...

Qadın...

İllər keçər, aylar ötər, unudarsan,
Gör kimlər unuduldu bu dünyadə, qadın.
Bir gün yada salanda ağlayacaqsansa, məni,
Qıymaram göz yaşına, salma heç yadə, qadın.

Kaş bu sevgi bitən yerdə mən özüm öləydim,
Kaş ki saçlarını da əvvəlki tək özüm hörəydim,
Kaş ki o gül çöhrəni də bircə dəfə görəydim
Xəyalını gördüyüm kimi hər gecə röyadə, qadın.


Ey yarımın xəyalı, gəl, buyur, keç
Mən indi o mən deyiləm, biraz bədbin, biraz bivec,
Ötən bu illərdə yaram da sağalmadı heç,
Sən gedəndən dostum olub kağız, qələm, meylə dolu bâdə, qadın.[


Cismim gəldi-gedər, bu nəğməysə əzəldir,
Şair gözündə dilbər rübaidir, qəzəldir,
Bir Şəhid, bir də sənin olmaq gözəldir,
Özün de, mən hansıyam bu qara sevdâdə, qadın.

Əllərimlə qırdım ürək tarımın ən incə simin,
Sənə gələn simurqlarla yolladım öz eşqimi,
Sevdâm Əlinin Allâha olan sevdâsı kimi,
Gəzərəm bir içim suya həsrət, qup quru səhrâdə, qadın.

Səndən ayrılanda mələklər çiynimə vəbâlı yazdı,
Bakıda vəfa olsa bizi ayrı saxlamazdı,
Dünya virân olsa yenə bu adam ağlamazdı,
İndi çöküb otağın küncünə gəlirəm fəryâdə, Qadın.

Qadın...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.