Şahin İlqar - "Bəlkəsiz Sevdim Səni"

25 Ocak 2018
5 300
0
Şahin İlqar - "Bəlkəsiz Sevdim Səni"

Love is blind (Sevgi kordur)


Sən mənim yanımda olduğun zaman,
Həyatın başqa bir marağı vardı.
Ağlımı başımdan alıb aparan,
O hər baxışından şeir doğardı...

İndi gözlərin də gözümə dəymir,
Arada təsadüf qarşılaşarıq.
Biri-birimizdən üz çevirsək də,
Bəlkə də xəyalən qucaqlaşarıq...

Bəlkə də... Bəlkələr nə qədər çoxdur,
Mən səni bəlkəsiz səvmişəm axı!
Mən səni iffətli, qiymətli bilib,
Cümləsiz, kəlməsiz sevmişəm axı!

İndi sözlərim də tükənib artıq,
Daha əllərim də qələmə çatmır!
Həsrət dənizində boğuluram mən,
Sevgilim əlini mənə uzatmır!

Mən səni görmürəm sənə baxdıqca,
Düşüncən dəyişir, başqalaşırsan.
Mən sənə hər dəfə yaxınlaşdıqca,
Sən məndən daha da uzaqlaşırsan...



Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.