Şahin İlqar - "Sən Niyə Dəyişdin?"

25 Ocak 2018
4 839
0
Şahin İlqar - "Sən Niyə Dəyişdin?"

Love is blind (Sevgi kordur)


Sən niyə dəyişdin fəsillər kimi?
Bir zaman bahardın, indisə qışsan.
Həm sevib, həm də ki, üzdün qəlbimi,
Bir öz vicdanına sorub-soruşsan!

Sən niyə dəyişdin? Düşünmən gərək,
Əhdini, sözünü danmısan indi.
Yurdunu dəyişən köçəri quştək,
Başqa bir ürəyə qonmusan indi!

Sən niyə dəyişdin? Bildiyim kimi,
Qəlbimdə yaşayıb qalaydın barı.
Qəfildən ömrümə gəldiyin kimi,
Qəfildən canımı alaydın barı!


Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.