Dünyanı unudub qaçardım sənə...

07 Kasım 2014
1 895
0
Dünyanı unudub qaçardım sənə...
Dünyanı unudub qaçardım sənə...


Kaş payız olaydım, kaş qış olaydım,
Kaş səni isladan yağış olaydım,
Lap dilsiz ağızsız bir quş olaydım,
Vallah, qanad açıb uçardım, sənə.

Göylərdən oğrayıb mən, üfüqləri,
O göylər qurşağın, şən, üfüqləri,
Günəş tək səmadan al şəfəqləri,
Kaş ki, pəncərəndən saçardım, sənə.


Görsəm mənsizlikdən hey ağlayarsan,
Mənim tək sən məni soraqlayarsan,
Bilsəm ki, qol açıb qucaqlayarsan,
Dünyanı unudub qaçardım, sənə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.