Unutmaq...

26 Aralık 2014
2 092
0
Unutmaq...
Unutmaq...



Sən də unutmağa tələsmə hələ.
Səni unutmağa tələsmir ürək.
Səni yavaş-yavaş sevən ürəyim,
Səni yavaş-yavaş unutsun gərək...


Unutmaq...




Sən vadar edirsən unudum səni...
Yoxsa unutmazdım, incimə məndən.
Səni unutmağı unutmamaqçün,
Bir az unutmağı öyrənim səndən...


Unutmaq...



Birinci səsini unudum sonra,
Mənə söylədiyin sözlərini də..
Unudum qoxunu, saçının rəngin.
Gözünün rəngini, gözlərini də...


Unutmaq...



Unudum yazdığım şeirlərimi,
Hər gecə yuxusuz qalmagimi da
Sən mənim qəlbimi qırdığın zaman,
Özüm-öz qəlbimi almağımı da...


Unutmaq...



Ağlımdan çıxarım xatirələri.
Qəlbimi bu yolla soyudam bəlkə.
Sonra illər keçə,fəsillər keçə,
Görüş yerlərini unudam bəlkə...


Unutmaq...



Unuda bilməsəm canım sag olsun.
Amma unudaram nə vaxtsa, bilki
Ölümə bərabər olsa da belə,
Səni unutmağım ölüm deyilki...



Unutmaq...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.