Hər gün biraz unudaram....

27 Aralık 2014
1 932
0
Hər gün biraz unudaram....
Hər gün biraz unudaram....


Mən bu yarı məhəbbətdən hələ də yarım qalmışam,
Nidalara, suallara bölünmüşəm öz-özümdə.
Sənin o daş ürəyində heç bilmirəm kim olmuşam,
Hansı məna daşımışam, nə pillədəydim gözündə? .

Yorulduqca fikirlərdən mən dənizə, sən dağlara,
Üz tutmuşuq dərdimizi küləklərə sovurmağa.
Ruhumuz yara-yaradır, bir balaca yeri yox ki
Nə sən mənə, nə mən sənə yenidən zərbə vurmağa.

Çox körpulər dağıtmışıq, yol olmayıb geri dönək.
Gecələrə danışmışıq gündüzlərin nağılını.
Ortaq bahar yaşamadıq günəşındə qəlb isidək,
Yaşananlar gerçəkdimi? Yuxudumu? Nağıldımı?

Pencəyinin cibindəki boş siqaret qutusu tək,
Hisslərim də tütün qoxur,həsrət qoxur, ölüm qoxur.
Bu gün, növbəti, möhtəşəm bir ayrılıq baş verəcək,
Bədənimdən ruhum çıxır.....

Aynalara inanmıram, bu dünyanın gerçəyi yox.
Boyaq-boyaq həqiqətlər yağışlarala yuyulmurmu?
Gedirsənsə, bir geri dön, gözlərimin içinə bax,
Gözlərimdən bir sevginin faciyəsi duyulmurmu?!

Ya sən adidən adisən, ya mən ziyadə qəlizəm.
Dil tapmırıq, yol tapmırıq, cəhtlərimiz boşa çıxır.
Sən qaya oğlu qayasan, mən sənə həsrət dənizəm,
İslatsam da sahilini, dalğalarım daşa çıxır....

Şeirlərimdə yazıldın, şerlərdən ovut məni.
İnad etmə,mən ki səndən daha artıq inadkaram.
Sonu yoxdur bu sürgünün, hər gün biraz unut məni,
Məndə səni yada salıb, hər gün biraz unudaram....

http://www.jblog.fr/images/billets/0063/mini_500_63432.gif


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.