Quru Börək

22 Şubat 2015
2 037
0
Quru Börək
Quru Börək

Ərzaqlar:
1 yumurta
1 çay stəkanı duru yağ
2 çay stəkanı süd
1 şirin qaşığı duz
4-5 su stəkanı un
Nişasta
İç vəsaiti:
Sərt ağ pendir və holland pendiri qarışığı
Haırlanması:
1 yumurta, 1 çay stəkanı duru yağ, 2 çay stəkanı süd və duzu bir qabda qarışdırın. Qarışığa 3 stəkan un əlavə edərək yoğurun. Yaxşıca yoğuraq və yumşaq bir xəmir hazırlayın. Daha sonra bu xəmiri 3 hissəyə bölün. Sonra böldüyümüz hər bir parçanı da 8 hissəyə bölün. Nişasta əlavə edib bir fincanla xəmirləri uyğun hissələrə bölün. Nişasta köməyi ilə açdığınız səkkiz xəmiri üst üstə qoyun. Beləcə səkkiz qatlı üç parça əldə edin. Üç qatın hər birinin kənarlarına əlimiz ilə basdırın ki , açarkən xəmirlər öz içində sürüşməsin. Üçünü də ayrı-ayrı eyni paxlava xəmiri kimi normal yuxa ölçüsündə açın. Açdığınız xəmiri ortadan ikiyə kəsin. Kəsdiyiniz kənarlara rəndələnilmiş ağ pendir, holland pendirini qarışdıraraq hazırladığınız iç xərcindən əlavə edib rulo kimi sarıyın. Bu ruloları bıçaqla 8-9 parçaya bölün. Xəmirləri nimçəyə düzdükdən sonra 200 dərəcəlik sobada bişirin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.