Dəli oğlan sarığı resepti

22 Mart 2015
1 923
0
Dəli oğlan sarığı resepti
Dəli oğlan sarığı resepti
Tərkibi:
4 su stəkanı un
2 x.q duru yağ
1 yumurta
duz
alabildiyi qədər su

Üzəri üçün:
100 qr kərə yağı
1 yumurtanın sarısı

İçlik üçün:
250 qr ağ pendir
1 dəstə cəfəri

Hazırlanması:
Bir qaba unu tökün. Üzərinə duru yağ və 1 ədəd yumurtanı qırıb,əlavə edin.. Sonra ilıq su və duz əlavə edib, xəmiri yoğurun. İçlik üçün pendiri rəndələyin. Cəfərini təmizləyib yuyub xirda- xirda doğrayın və pendirlə qarışdırın.
Hazırlanmış xəmiri 4 kündəyə bölün. Sonra oxlovla yayın. Açılmış lavaşlara içlik qoyub, rulet formasında bükün. Soba qabına yerləşdirin. (börəkdə oldugu kimi). Üzərinə yumurta sarısı və kərə yağı çəkin. Dəli oğlan sarığını öncədən qızdırılmış sobada 180 dərəcədə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.